Sumqayıtda Vaqif Mustafazadəyə
həsr edilən konsert olub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Sumqayıtda dünya şöhrətli
cazmen Vaqif Mustafazadənin xatirəsinə
həsr edilmiş konsert keçirilib. Sumqayıtdakı
Bülbül adına incəsənət
məktəbində təşkil
edilmiş konsert zamanı foyedə təşkil edilmiş böyük sərgidə
tanınmış virtuozun
qısa ömür yolu nümayiş etdirilib. Tədbirdə bu yaxınlarda
İsveçrədə keçirilmiş
beynəlxalq caz festivalının qalibi, virtuoz pianoçu İfsar Sarabski çıxış edib,
cazmenin fortepiano üçün
yazdığı bir sıra kamera pyesləri gənc pianoçular Seymur Əliyev və Əfqan Rəsul tərəfindən ifa olunub. Konsertdə 2000-ci ildə Bakı
Sirki yanında yaradılmış “Arena” caz
orkestri proqram təqdim edib. Gecədə
C. Martin, Simons, A. Quryanov, S. Kenton və D. Ellinqtonun əsərləri səslənib.
Konsert proqramında xalq artisti Elxan Əhədzadə
əfsanəvi Frenk Sinatranın repertuarından
mahnılar ifa edib. Xatırladaq ki, V.Mustafazadənin
xatirəsinə həsr
edilmiş növbəti
konsert Gəncədə
olacaq.
SARA
525-ci qəzet.- 2010.- 27 aprel.- S.7.