Londondakı arxeoloji konfransda Azərbaycan da təmsil olunub

 

Böyük Britaniyanın paytaxtı Londonda qədim Şərq arxeologiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev təmsil edib. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Britaniya Muzeyinin təşkil etdiyi konfransda Azərbaycan arxeologiyası haqqında beş məruzə dinlənilib. Azərbaycanın ən qədim dövrü ilə bağlı ilk məruzəni Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun şöbə mudiri Fərhad Quliyev edib. Beynəlxalq konfransda Azərbaycan arxeoloqları ilə birgə çalışan Fransa, ABS, Almaniya Yaponiya mütəxəssisləri çıxış ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.7.