Türkər Qasımzadənin əsərlərinin Nyu Yorkda daha bir ifası  

 

Əsərlərinin Amerikada ifası baxımından aprel ayı da gənc bəstəkar Türkər Qasımzadə üçün məhsuldar keçib. Öncəki uğurlarına yeni çalar qatan bu ay ərzində müxtəlif konsert zallarında onun musiqisi üç konsertdə səsləndirilib. 

Konsertlərin birində Türkərin bir neçə il əvvəl Vaqif Bayatlının sözlərinə yazdığı vokal silsilə ifa olunub. Ötən dəfəLaçınxalq mahnısının Türkərin vokal piano üçün işləməsində Amerikada geniş ictimaiyyət üçün təşkil olunan bir konsertdə Azərbaycan dilində ifası ilə bağlı məlumat vermişdik. Əlamətdardır ki, Türkərin bu əsərini vokalçılar Matthew Koraus Erika Vegel Azərbaycan dilində oxuyublar.

Aprel ayında digər konsertdə bəstəkarın “Damlalar” adlanan əsəri məşhur faqot ifaçısı Rebekah Heller tərəfindən səsləndirilib və konsert bu ifa ilə yekunlaşdırılıb.

Dünyaca ünlü elektron musiqi bəstəkarı və təşkilatçısı Joel Chadabenin rəhbərliyi altında təşkil olunan başqa bir konsertdə Türkərin kompyuter və midi keyboard üçün yazdığı musiqi parçası isə bəstəkarın özü tərəfindən ifa edilib.

Arasında peşəkar musiqi mütəxəssislərin, məşhur bəstəkarların olduğu həmin konsertlərdə dinləyicilər müxtəlif janrlarda və səpkidə hasilə gələn yaradıcılıq nümunələrini yüksək dəyərləndirib və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Türkər Qasımzadə hazırda Bakı Musiqi Akademiyasının yetirməsi olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə Nyu York Manhetten Konservatoriyasının bəstəkarlıq üzrə magistraturasında təhsilini davam etdirir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.7.