“Erməni vandalizmi” adlı kitab işıq üzü görüb

 

Ötən həftənin şənbə günü Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığ ilə Rəşid Behbudov adına Mahnı Teatrında şair-publisist, ictimai-siyasi xadim Mirkazım Seyidovun “Erməni vandalizmi” adlı publisistik kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ziyalıları, dövlət rəsmiləri, millət vəkilləri, KİV nümayəndələri, habelə beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri iştirak ediblər. Mərasim iştirakçıları ilk olaraq Rəşid Behbudov adına Mahnı Teatrının foyesində hazırlanan ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlardan bəhs edən fotostendlə tanış olublar, sonra tədbirin rəsmi açılışı olub rusiyanın Novosibirsk şəhərində Xocalı faciəsinə həsr edilən mətbuat konfransının videoyazısı nümayiş etdirilib.

Daha sonra çıxış edən müəllif M.Seyidov bu kitabı böyük ürək ağrısı zəhmətlə ərsəyə gətirdiyini qeyd edib. O, bu kitabının erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərə, genosid siyasətinə qarşı yönələn yeganə sonuncu əsərinin olmadığını deyib: “Bundan sonra da ermənilərin xalqımıza türk dünyasına qarşı törətdiyi ümumbəşəri cinayətlərini ifşa edən, tarixi qaynaqlara, faktlara əsaslanan nəşrlərini təmənnasız çap etdirərək, bütün qanuni üsullardan, metodlardan istifadə etməklə bütün bunları dünya ictimaiyyətinin diqqətinə çatdıracağam. Artıq dünya ictimaiyyəti ikili standartlardan əl çəkməlidir. Fikrimcə, dünya ictimaiyyəti ermənilərin öz riyakar tarixi keçmişi bugünkü vassal siyasəti ilə özgə torpaqlarında formalaşdırdıqları işğalçı Ermənistan Respublikasının ya forpostun deyil – 20 faizdən artıq ərazisi işğal edilən, ümumbəşəri dəyərlərə malik tarixi mədəniyyət abidələri talan edilən, öz ata-baba yurdlarından qovularaq qaçqın məcburi köçkünə çevrilən bir milyondan artıq insanın taleyinə biganə qalmamalı, Azərbaycanın ədalətli mövqeyini müdafiə etməlidir”.

Tədbirdə çıxış edən digər natiqlər belə bir kitabın məhz Rusiyada üç dildə çap etdirilməsinin orada yayımlanmasının böyük əhəmiyyətindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, belə kitablar ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasında təşviqat vasitəsi kimi tutarlı vasitədir.

Tədbir iştirakçılarına Mirkazım Seyidovun “Erməni Vandalizmi” kitabı hədiyyə edilib, o cümlədən Novosibirsk şəhərində çap edilən “Odlar yurdu” jurnalı, Forumun Xocalı soyqırımına siyasi hüquqi qiymət verilməsi ilə əlaqədar ABŞ Prezidenti Barak Obamaya, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevə bir çox beynəlxalq təşkilatlara ünvanlandığı müraciətinin surətləri, habelə Xocalı faciəsinə həsr edilən təqvimlər paylanılıb.

Qeyd edək ki, bu kitab Rusiyanın “Pritinq” nəşriyyatı tərəfindən üç dildə – Azərbaycan, Rus İngilis dillərində, 3000 nüsxədə çap edilib.

Dünya siyasət düzəninin indiki həssas, erməni təbliğat maşınının məmləkətimizə, eyni zamanda bütöv türk dünyasına qarşı başladığı uydurma uydurma olduğu qədər gülünc iddialarının “ayaq tutub yerimək” istədiyi bir zamanda ərsəyə gələn “Erməni vandalizmi” kitabı müəllifin, eləcə milli təbliğatımızın uğuru kimi dəyərləndirilir.

Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, “Erməni vandalizmi” kitabı işıq üzü gördükdən sonra Rusiyada geniş nüfuz dairəsinə malik erməni lobbiçiliyinin, millətçi ünsürlərinin təzyiq təqibinə məruz qalıb.

Kitabda heç bir milli kökə malik olmayan “erməni”, “hay” adlı etnik dəstənin zaman-zaman özgə gücləri hesabına dünyaya özünü millət kimi sırımaq cəhdlərini alt-üst edən tarixi faktlar yetərincədir. Hələlik az tirajla işıq üzü görən belə bir gərəkli sənədin daha böyük tirajla dünya ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var. Bu həm dövlətçiliyimizin, həm millətimizin dəyərli insanlarının mənəvi borcudur.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.3.