Xalq artisti Yusif Muxtarov dünyasını dəyişib

 

Azərbaycanın xalq artisti, tanınmış diktor, Bakı Bələdiyyə Teatrının icraçı direktoru Yusif Muxtarov vəfat edib. APA-nın məlumatına görə, xalq artisti dünən saat 9.00 radələrində 69 yaşında ürək çatışmazlığından vəfat edib. Bir neçə il bundan əvvəl ürəyindən cərrahiyyə əməliyyatı keçirən mərhum sənətkar uzun illər ürək ağrılarından əziyyət çəkib. Mərhumla vida mərasimi onun Mərdəkandakı bağ evində keçiriləcək.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı olan mərhum Yusif Muxtarov 1941-ci il aprelin 23-də dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio Televiziya şirkətində diktor kimi başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə əməkdar artist fəxri adı alan Yusif Muxtarov 1992-ci ildən bu günə kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktorudur. O bu illər ərzində bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan N.HikmətinQəribə adam”, Lermontovunİki qardaş”, S.VurğununVaqif”, S.RəhmanınXoşbəxtlər”, N.HikmətinBayramın ilk günü”, Baycıyevin “Duel”, Ç.AytmatovunQırmızı yaylıqlı qovağım mənim”, İ.Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arxkimi televiziya tamaşalarında Azərbaycan kinostudiyasında çəkilənBaladadaşın məhəbbəti”, “Gecə qatarında qətlfilmlərində yaddaqalan obrazları qeyd etmək olar. Azərbaycan radiosunun qızıl fondunda Y.Muxtarovun səsi olan 350-dən artıq bədii veriliş saxlanmaqdadır. Azərbaycan dilində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında teatrın xarici ölkələrdə layiqincə təmsil olunmasında əvəzsiz xidmətləri var.

Yusif Muxtarov teatrın Azərbaycan ordusu qarşısında müntəzəm davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyiQızıl Dərvişmükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabrın 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar mərhum prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova xalq artisti fəxri adı verilib.

Allah rəhmət eləsin!

 

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.7.