Sözü qalan ağsaqqallardan  

 

Polad İlyasınDünya, sənin qəm yükünü daşıdımkitabını vərəqlədim – ilk gözümə dəyən şeirdən bəhs edəcəm fikriylə.

Qənim olarşeiri qarşıladı məni. İlk misradancaEy dost!” deyə oxucusuna müraciət edən müəllifin didaktik münasibəti göründü:

 

Ey dost! Hər həyatın var öz sevinci,

Ömürdən küsmüşə il qənim olar. 

 

Bəli, hər ömrün qəm payı olduğu kimi, sevinc payı da var. Bəzən pessimistcəsinəömrümüz kədərlə keçdideyə düşünürük, yaşadığımız, yaxud yaşayacağımız sevinci görə bilmirik. Unuduruq ki, insan ömründə hər şey balanslaşdırılmış şəkildə var olur. Pozulursa, özümüz pozuruq o balansı; hansısa səhv addımımız, düşünülməmiş hərəkətimizlə, bəzən naşükürlüyümüz, bəzən naqisliyimizlə.

Unuduruq ki, qoca təbiətdə hər şey harmoniyadadır; gündüzlə gecənin, günəşlə ayın, fəsillərin bir biri ilə əvəz olunduğunu bilsək fərqinə varmırıq. Bəzən aramsız yağan qarın, hardasa arası kəsilmədən yağan leysan yağışlarının təsərrüfata, məişətə ciddi zərər vurduğunu eşidəndətəbiətin nörağı pozulubdeyirik. Ancaq ilahi harmoniyaya bax ki, müxtəlif ərazilərə müxtəlif cür paylanmasından asılı olmayaraq, il ərzində yer kürəsinə düşən yağıntının miqdarı 1 mm- olsun dəyişmir.

Odur ki, Polad müəllimin dediyi kimi, ömürdən küsməyək. Mən əlavə edərdim: küssək, özümüzdən küsək.

 

...Dünya çalğıçıdır, insan oyunçu,

Oyundan çıxana el qənim olar.   

 

Bu, artıq bizə renessans dövründən, Şekspirdən tanış olan bir deyimdir, ancaq dahi söz sərrafı dünyanı səhnəyə, insanları aktyora bənzədirdi. fərqi, hər iki halda özündən ixtiyarsız olaraq oynamalısan. Amma bir məqam da var, bu, yenə mənim öz əlavəm olacaq: dünyanın çaldığı havaya qeydşərtsiz oynayırsan, çıxış yolun yoxdur; heç olmasa qəlbində duyğu düşüncəndə özhava” zümzümə et. Balansı bacardığın qədər saxla.

 

...Əgər bacarmırsan danışmağı, sus,

Hərcayı deyənə dil qənim olar.

 

Bunu da bütün zəka sahibləri deyib zamanzaman – o vaxt danış ki, susmaqdan gözəl söz deyəcəksən. Ancaq təkrarən xatırlatmağın, dönə-dönə tövsiyə etməyin faydası var.

 

...Ömrün yollarını kim getsə qoşa,

Çətin ki, bu yolda dolaşa, çaşa.

 

Əlbəttə, insan bərk çarpışmamalıdır, tufanlı, boranlı ömür yollarında. İnsanüns saxlayandeməkdir. O, daim saf ünsiyyətdən güc almalı, sevincini, dərdini bölməlidir. Bu da inkarolunmaz həqiqətdir ki, insanın xoşbəxtliyi məhz onun necə adamların əhatəsində olmasından asılıdır.

 

...Poladam, sözümün mənasın izlə,

Yaşa alnıaçıq, yaşa üzlə.

 

Mənasını izlədikmərhum Polad müəllimin nəsihətlərinin. Çox istərdik oxucularımız da onun yaradıcılığını izləsin, həyat həqiqətlərini belə ağsaqqallardan öyrənsin, özü olmasa da sözü qalan ağsaqqallardan.

 

 

Hicran

 

525-ci qəzet.- 2010.- 29 aprel.- S.6.