“Qarabağ xanlığı” kitabı
nəşr edilib
Azərbaycanda Atatürk Mərkəzində professor Tofiq Mustafazadənin “Qarabağ xanlığı” kitabının təqdimatı mərasimi olub. Mərkəzdən verilən məlumata görə, təqdimat mərasimində çıxış edən müəllif əsərdə Rusiya arxivlərində saxlanılan materiallardan da geniş istifadə etdiyini bildirib: “Kitabda çap edilmiş tarixi sənədlər Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu real faktlarla oxucuya çatdırır. Qarabağ xanlığının tarixi 4 böyük dövrə bölünür və hər bir dövr barədə ətraflı məlumat verilir. Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının əsassızlığını sübuta yetirən bu kitabın gələcəkdə rus, ingilis və fransız dillərinə tərcümə edilməsi nəzərdə tutulur”. Kitabda XVIII-XIX əsrlər Azərbaycan tarixində çox mühüm rol oynamış Qarabağ xanlığının tarixi ilk mənbələr və müasir elmi ədəbiyyat əsasında ilk dəfə kompleks şəkildə araşdırılıb.
SARA
525-ci qəzet.-
2010.- 30 aprel.- S.7.