Bəstəkarların Üzeyir Hacıbəyliyə həsr
edilən plenumu başlayıb
Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 125 illiyinə həsr edilən xalq çalğı alətləri üçün yazılmış əsərlərdən ibarət plenumun açılışı keçirilib. APA-nın məlumatına görə, plenumun açılışında çıxış edən ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına nəzər salıb, bu dahi sənətkarın Azərbaycan bəstəkarlıq məktəbində danılmaz xidmətlərindən danışıb. Plenumda tarzən və pedaqoq Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” not nəşrinin təqdimatı olub. Tədbir çərçivəsində xalq artisti, dirijor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kamera tərkibli I konserti də keçirilib.
525-ci qəzet.-
2010.- 30 aprel.- S.7.