“Gənc aşıqlar”
Mahnı Teatrında konsert veriblər
R.Behbudov adına Dövlət
Mahnı Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsiylə
birgə təşkilatçılığı
ilə “Aşıq sənətimiz layiqli əllərdədir”adlı konsert
olub.
Aşıq sənətinin
YUNESKO-nun qeyri-maddi mənəvi
irs siyahısına salınmasına həsr edilən konsertdə respublika və beynəlxalq mükafatlar laureatı Nemət Qasımov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın yaxından
köməyi sayəsində
aşıq sənətinin
dünya miqyasında tanınmasını əlamətdar
hadisə kimi qiymətləndirib. Konsertdə
“Gənc aşıqlar”
ansamblının üzvlərindən
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin saz sinfinin şagirdləri-
Nübar Etibarqızı,
Nicat Qurbanov, Pərviz, İbrahim Cəfərovlar, Xatirə
Məmmədova, Samir Pənahov, Vüqar Məmmədov və digərləri qədim saz havalarını səsləndiriblər.
SARA
525-ci qəet.-
2010.- 30 aprel.- S.7.