ORALARDA KİMLƏR VAR:
VASİLİ AKSYONOV
VASİLİ AKSYONV KİMDİR?
20 avqusta
1932-ci ildə Kazanda partiya işçisi ailəsində doğulub.Valideynləri
1937-ci ildə tutulub,
10 il iş kəsiblər.Aksyonov Leninqradda
Tibb institutunu 1956-ci ildə bitirib.Üç il həkim işləyib.
30 povestin və romanın müəllifidir.: “Həmkarlar” “Tale bileti”, “Marokkodan gətirilən apelsin”, “Janr axtarışı”, “Krım adası”, “Yanıq yeri”, “Moskva haqqında saqa”, “Moskva-kva-kva”, “Xam torpaqlar” və başqa əsərlərin müəllifi sərbəst “Metrapol” jurnalının yaradıcılarından.
1980-ci ildə Amerikaya getdiyi üçün SSRİ vətəndaşlığıdan çıxarılmışdır,Vaşinqtonda Jorj Meyson universitetində dərs vermişdir.1990-cı ildə yenidən SSRİ vətəndaşlığına qəbul edilmişdir.
Ədəbiyyat
və sənət üzrə Fransanın mükafatını
və Buker mükafatını
almışdır.
Dedim-Dedi
- Ən gözəl ölüm nədir?
- Bunu məndən götürmüsən deyəsən?
- Hə,
səndən götürmüşəm,sənin
də belə bir sualın var?
Məncə var.
- Cavabı
nədi? ?
- Xatırlamıram.
- A improvizə
etsək?
- Nə olursa-olsun məğlub olmamaq, həyat davam edir.
- Yazıçı
olmasaydın, nə eləyərdin?
- Təsəvvür
etmirəm.
- Ən seçilən xüsusiyyətiniz?
- Yazmağı
sevirəm.
- Başqalarında
xoşun gələn nə var?
- Onlar mənim kimi yazmağı sevmirlər.
-Sənin
yaşamaq və yaşamaq qanunları haqqında bir devizin varmı?
- Mən
hesab eləyirəm ki, dayanmadan yazmaq lazımdır.Sən
yazıçısansa,yazırsansa demək səndə harmanik olaraq hər şey alınmalıdır.
2008-ci ilin
ilk günlərdə günortaüstü
75 yaşlı yazarın
öncə qan təzyiqi yüksəlmiş,o
bir kəlmə də olsun danışa
bilməmiş, bu hal yazarın qohumlarını əndişələndirmiş,tərəddüd
etmədən təcili
yardıma müraciət
etmişlər.Xahiş etmişlər
ki, imkan olduqca tez gəlsinlər.Ancaq
təcili yardım gələnə qədər
artıq yazarın sağ tərəfi tamamilə hərəkətsiz
hala düşmüşdür.
Doktorlar onun
insult olduğunu söyləmişlər
və təcili olaraq yazarı Moskvanın mərkəzində
yerləşən ən
yaxınlıqda olan xəstəxanaya aparmışlar.
Hadisə zamanı son
dərəcə həyəcanlı
görünən oğlu
Aleksey və gəlini
onunla birlikdə xəstəxanaya getmişlər.
– Bura gətiriləndə o bir şeylər hiss eləyirdi,-
demiş klinikada işləyənlər – ancaq
danışa bilmirdi.Sol
əliylə gəlininin
əlindən tutmuşdu
və sanki onu buraxmaqdan qorxurdu.
Həmin anda tibbi müayinədən keçirilmiş və həqiqətən insult olduğu
aydınlaşmışdır və sağ tərəfi tamamilə hərəkətsizdir.Onun üçün
xüsusi otaq ayrılmış və müalicəsinə başlanmışdır.Məsələ
bundadır ki,keçən
ilin yayında yazıçı ürəyindən
əməliyyat olunmuş
və ürəyinə
kardio stimuliyator yerləşdirilmişdir.
lll
Onu “yeni şirin stilin” yaradıcılarından biri
kimi tanıyırıq.Xeyirxah
tənqidçilər məhz
YENİ sözünün üstündə
möhkəm dururdular.Acıqlı
(istəməyənlər) isə ŞİRİN sözünə
arxa çıxırdılar.Bu
kəlmələrin arxasında
nələr var? Daxilən BU ADAM kimdir?
– Vasya,gəl
məhəbbətdən danışaq.Turgenyevin
Viardosu vardı,Skott Fitceraldın – Zeldası, Gertsenin – Nataşası. Əgər həmin bu Nataşa olmasaydı onun dahiyanə kitabı “Olmuşlar və düşüncələr” yarana
bilməzdi.Qadın yazar
üçün nədir,kimdir?
Yazıçı üçün
həyat yoldaşı
nə deməkdir?Yaradıcılığınızda
elə məqamlar olubmu ki, siz
bir qız və qadın üçün yazasınız?
- Elə
bir şey olmayıb. Amma mənə ilham verənlər olub. Bizim ən əsas
məhəbbətimiz məncə
Mayadır.Bilmirəm Maya özü
buna necə baxır?
“MAYANI VER MƏNƏ ...”
- Yaxşı
xatırlayıram: Pitsundada
Yaradıclıq evində
sən yanında “saman sarısı” saçları olan,ağbəniz
bir xanımla peyda olursan,hər kəs içini çəkir, düşünürlər
ki, Vasya Aksyonov sənədli kinonun məşhur yaradıcılarından Romen
Karmenin xanımını
qaçırıb...
– Mən
onu qaçırmadım.Bu
məsələdən sonra
hələ on il də o Karmenin arvadı olaraq qaldı.
– Sən
onunla tanış idin?
- Yox. Mən bir dəfə
“Krasnoyo strele” qatarında Pitere Romen Karmenlə birgə getmişdim. Onun arvadı haqqında eşitmişdim.Və
mən ona dedim: doğrudanmı sizin belə gözəl arvadınız
var? O dedi: mənim xoşuma gəlir.Beləcə də
dedi və deyəsən hansı stansiyadasa düşdü.
- Neçə
yaşındaydınız?
- Otuz iki, ya da
otuz üç yaşım olardı. Evliydim. Arvadım Kira idi.Kira,oğlum Alekseyin anası.Aramız çox sərin idi.Baxmayaraq ki, qıraqdan baxana elə gəlirdi ki,biz xoşbəxtik,hər
şey qaydasındadır.Uşaq
doğulana qədər
belə oldu,sonra o kökəlməyə başladı.
- Deməli
belə çıxır
ki, hər şey onun kökəlməsindən
sonra başladı? Bu
səni narahat edirdi?
- Məni
yox, onu narahat edirdi.O vaxt artıq mən tanınmış yazıçı idim.Gözümüz
ayağımızın altını
görmürdü... müxtəlif
macəralar olurdu...
- Deyəsən
bu tələbəlik
illərindən başlanan
bir evlilik idi?
-Yox, mən artıq Piterdə Tibb institutunu bitirmişdim. Və dostumla Karelyadaydıq, bizi idman,caz,daha başqa şeylər maraqlandırırdı.
O mənə dedi: mən rəqs meydançasında bir qız gördüm. O nənəsinə qonaq gəlibmiş,nənəsi köhnə
bolşevikdi. 1949-cu ildən
türmədə yatıb,
1956-ci ildə çıxıb.
– Sənin
də anan türmədə olub...
- Mənim
anam 1937-ci ildə tutulub.Ancaq Kiranın nənəsini Voznesenskinin
məsələsinə görə
yaxalayıblar.
-Hansı
Voznesenski?
- Sovet İttifaqında bütün
partiya işlərini idarə edən Andrey yox,onu tutdular və güllələdilər.Bir qohum
gəlmişdi,o danışırdı,tək
adamlıq bir kameradaymış, elə
hey Stalinə məktublar
yazırmış,yazırmış ki,mənim heç bir günahım yoxdur.Və günlərin
birində Siyasi büronun bir dəstə üzvü onun kamerasına gəlir, onları görən kimi Voznesensiki bərkdən : mən bilirdim,dostlarım mənim, mən bilirdim ki, günlərin
birində siz də mənim yanıma bura gələcəksiniz.Söz ağzından
qurtarmamış Lazar Kaqanoviç
qulağının dibinə
necə bir şapalaq vurursa,qulaqları
o tutulan tutulur.
– Onlar niyə gəlmişdilər
ki?
- Sadəcə
məğlub olmuş
düşmənə baxmaq
istəyirdilər.
- Bu bir sadistilikdi...
- Kira Xarici Dillər institutunu bitirmişdi,əcnəbi
mahnılarını çox
gözəl oxuyurdu.
– Sən
də hayıl-mayıl
olurdun.
- Lap elədi.Sonra
əyləncələrimiz olurdu.
- Əyləncələr,
yəni məhəbbət
oyunları?
- Sevgi oyunları.Belə şeylər
yaradıcılıq evlərində
tez-tez olurdu.Və belə günlərin birində biz Yaradıcılıq
evinə gəlirik Yaltaya.Orda Pojenyanla,mənim
dostumla görüşürük.Oturub
söhbət edirik,o əlindəki qələmi
təmizləyirdi.Bu vaxt
Karmenin xanımı peyda olur...
- Qələmi
hazırlayırmış ki,indi
bir roman olacaq?
- Yox, o düşünür ki, onun başında bir roman olacaq.Karmenin xanımı gəlir və keçib Bella Axmadulinanın oturduğu stola yaxınlaşır.Bella
ilə köhnədən
dostluğumuz vardı.Bella
mənə deyir: Vasya, Vasya, bura
gəl,sən Mayanı
tanıyırsanmı, vay
,vay necə olub ki, sən
onunla tanış deyilsən? Və Maya mənə bir baxır..bir baxır...yorğun bir görünümü var.Bu ,o vaxtlar idi ki,Karmen infarkt
olmuşdu və Maya bütün qışı
ona qulluq eləyirdi,bir az düzələn kimi Maya Yaltaya gəlir.
Bir az sonra hər şey dəyişir, Maya da bizə qoşulur.O
da deyib gülür.Yaltada ədəbiyyatçılar
üçün ayrılmış
bir gəmi vardı “Gürcüstan” adında. Onun da kapitanı Tolya Qaraqulya idi.O bir ədəbiyyat
dəlisi idi,bizi bir yerə yığırdı,
qonaqlıq verirdi.Və
biz Maya ilə...Maya hər
zaman stol hazırlayırdı,mən də
çalışırdım ki, bir şeylər
alım və ona yaxın olum.
– İlk
baxışdan vuruldun?
- Elədi.Ona
deyirəm: bax, görürsənmi əsl
kapitan kayutası, hər şey hazır vəziyyətdə,
sabah arvadım da gedəcək.O isə deyir: biz daha yaxın olarıq.Pojeyanyan eşidir
bunları və deyir: mən getdim.Gəmi dənizə
çıxır.Biz isə
yaradıcılıq evinə
gəlirik.Kiranı yola
salıram,qonaqlıq başlanır.Bella
nəsə fikirləşir,gəzinə-gəzinə
deyir: bilirsinizmi, mən eşitmişəm
ki, bizdən əvvəlkilər burada şampan gizlədiblər,tapaq.Axtardıq
və tapdıq.
- Mayadan boşanmağınız,ayrılmağınız
çətinmi oldu?
- Boşanma
deyilən bir şey olmadı ki...çətin də olsa, əhli-kefin
biri idi.Hər şey yavaş-yavaş baş verdi və hər şey də ortada idi.Cənubda dəfələrlə görüşlərimiz
oldu,Moskvada da görüşürdük bəzən.
Mən hələ Kira ilə yaşayırdım.
Ancaq ayrılmışdıq.Təbii
ki, asan deyil,amma Mayanı çox sevirdim.Biz sevgililər kimi həmişə bir yerdəydik.Xizək keyfinə,
Soçiyə onunla birlikdə gedirdim.Birlikdə
bir otaqda qala bilməsək də,pasportda kəbinimiz yox idi axı,amma
hər zaman yaxın idik.Xaricə o tək gedirdi əlbəttə, mənə
də əlinə düşəni gətirirdi.
- Ömrünüzün
gözəl çağları
idi?
– Elədi.
“Metrapol”lu günlərdi.
Maya ilə mənim ətrafımda fırlananlar
çoxdu,o hər şeyi hazırlayırdı.
Bütün bunlar Romen Lazaryeviçin ölümündən sonralar
olub.Romen vəfat edəndə biz Yaltadaydıq,qızı
telefon açdı və xəbər verdi.
- Karmen Mayanı qaytarmaq üçün heç nə eləmədi?
- O heç
nə eləmədi, amma onun dostu
vardı, Yulian Semyonov o məni girinc eləmişdi ki,bəs əl çək Mayadan.Ver onu.
– Necə
yəni ver onu.O əşyaydı?
– Vallah, elə beləcə də deyirdi.
OLQA KUÇKİNADAN TƏRCÜMƏ
( Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 7 avqust.- S.27.