Çingiz Mustafayev ili haqqında elegiya
Şəhidlik elə bir zirvədir
ulu,
Yurdun qalasıdır, Vətən
bürcüdür.
Hamı uyuduğu
torpağın qulu,
Təkcə şəhidlərə
Vətən borcludur.
Min ildir dəyişir,
dönür bu dünya,
Gün çıxır, qar
yağır, düşür duman, çən.
Amma dəyişməyir bir
şey əzəldən –
Həmən şəhidlərə
borcludur Vətən!..
XX yüzil türk şəhid
lirikasından...
93-cü il hələ gəlməmişdi.
92-ci il qəfil
qapımızı kəsmişdi.
91-ci il
vidalaşmamış, öz təqvim müddətini başa
vurmamış, düz dekabrın 8-də səssizcə
çıxıb getmişdi.
90-cı il qəlbimizə
ağır yara vurub getmişdi.
92-ci il –
arzuladığımız və arzularımızın qatili
olan il Azərbaycana çox erkən gəlmişdi.
92-ci il – ilk Azad ilimiz ilk
günlərindən Meymun amansızlığı, Meymun
oyunbazlığı ili ilə bizi ürəkdən sevinməyə
qoymurdu.
92-ci ili – Azadlıq ilini
Tanrı bizə Meymun ilində ərmağan etmişdi.
1-92-0-ci ildə – Meymun ilində
(!) Müstəqilliyimizi qeyb etdiyimizdən biz Meymun ilindən
çox qorxurduq.
92-ci il – Meymun kimi
başımıza hər gün bir oyun açırdı.
92-ci il Alver ediridi Azərbaycanla
!
92-ci il Azadlıq verib Torpaq
istəyirdi əvəzinə...
1-92-0-ci il yadında
yaxşı qalmışdı Meymunun.
92-ci il Azərbaycanı
kamına çəkib, qamarlayıb boğmaq, udmaq istəyirdi...
Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayevin ömür yolu barəsində
düşünəndə qeyri-ixtiyari olaraq Vətənimizin
tərcümeyi-halı gözlərimiz önündə
canlanır.
Dəniz kimi dalğalanan Azərbaycan!...
Qanlı-qadalı 92-ci il...
“Azərbaycan” adlı gəmi
tale və həyat ümmanında, Olum və Ölüm
seçimi qarşısında dalğalar qoynunda yalqız
qalmışdı.
Azərbaycan tufan və
qasırğalarda Tanrının ümidinə
buraxılmış, atılmış, sahibsiz gəmini
xatırladırdı.
Biz amansız 92-ci ilin
içində idik.
Biz sahibsiz Azərbaycanın
ağuşunda idik...
Birdən ümidsizlikdən,
qorxudan qaralan gözlərimiz önündə inam qığılcımları
parladı.
Tanrı bizə Çingizi
göndərdi.
Arzulardan doğulan, xəyallardan
uçub gələn Ağ Atlı Oğlan kimi Azərbaycan
torpağında Çingiz peyda oldu.
Tanrı Azərbaycanı
Çingizə inanmışdı, Çingizə
tapşırmışdı.
Qarı düşmən həmlələrindən
dağılan, canavar və kaftarların
didib-parçaladığı Vətənə Çingiz
sahib durmuşdu.
Daha doğrusu, Acgöz və
Doymaz düşmən dişlərinin doğradığı
Vətənə Çingiz sinəsini sipər etmişdi.
90-cı ildən –
Böyük Qətli-Am ilindən də dəhşətli idi
92-ci il.
Ölkə başdan-başa
qaranlıqlar burulğanında boğulurdu.
“Qırmızı Azərbaycan”ı
qəfil qaranlıqlar sarmışdı.
Çingiz çiynindəki
kamera ilə bu zülmətləri qovmaq, Azərbaycanın qəlbini
işıqlandırmaq istəyirdi.
Qaranlıqlar qoynunda
qıvrılan Vətən iynənin ucu boyda işığa
həsrət idi.
Çingiz isə
işıqla silahlanmışdı.
Onun gözləri də,
ürəyi də işıq saçırdı.
92-ci ilin qaranlıqları
içində türfə faciələr, min cür cinayətlər,
saylı-saysız ölümlər üst-üstə
qalanmış, bir-birinə pərçim olmuşdu.
Onları arayan-axtaran,
soran-soruşan, nəticə çıxaran, dərdə əlac
tapan yox idi.
Çingiz Vətəni
Ölüm və Qorxu rəngindən – Qaranlıqdan qurtarmaq
arzusu ilə yanırdı.
Ölümü yenmək
yanğısı!
Qorxunu qovmaq ehtirası!
92-ci il bəndi-bərəni
kəsmişdi.
93-cü il hələ gəlməmişdi...
lll
Qarı düşmən illərə,
aylara ad qoya-qoya gəlirdi.
92-ci il də ad istəyirdi!..
Düşmən ona gündə
bir ad seçirdi.
O isə doymaq bilmirdi, bəyənmirdi.
Düşmən
qoşa-qoşa adlar icad edirdi.
Qoşa-qoşa faciə-adlar,
qiyamət-adlar, qətliam-adlar peyda olurdu Azərbaycan
torpağında...
Xocəvənd,
Qaradağlı, Meşəli, Malıbəyli,
Quşçular, Kosalar...
Düşmən doymaq
bilmirdi, il misilsiz ad-san almaq istəyirdi.
92-ci il iki ayağını
yox başmağa dirəyib durmuşdu.
92-ci il görünməmiş,
bu dünyada tayı-bərabəri olmayan bir ad almağı
arzulayırdı.
92-ci il nə az, nə
çox, tükürpərdən – türkü paralayan, qiyamətin
özünə kimi yaddan çıxmayan ad eşqində
yanırdı!..
1918 – 1920-ci illərin
Şamaxı, Quba, Lənkəran, Salyan, Göyçə, Zəngəzur,
Şuşa, Təbriz, Ərdəbil, Xoy...
qırğınları kimi...
1918-ci il 31 mart Bakı qətliamı
kimi...
1920-ci il 28 aprel Şimali Azərbaycan
qiyaməti kimi...
1948-ci il Qərbi Azərbaycan
qiyaməti kimi...
1990-cı il 20 yanvar kimi...
1991-ci il 20 noyabr kimi...
92-ci ilin 26-28 fevralı...
Xocalı müsibəti ilin
bətnində ildırım sürəti ilə
böyüdü, tez yetişdi.
92-ci il öz arzusuna
çatdı.
Dünaynın ən Mənfur
və Mənhus ili adını aldı.
92-ci il Xocalını
doğduğuna görə qürrələnirdi.
26-28 fevral 20 yanvarı da
kölgədə qoymuşdu.
Yiyəsiz Azərbaycan
yazıq-yazıq, yetim-yetim, məsum-məsum
sığınmışdı Çingizə!..
Çingiz başsız Vətənin
dəlmə-deşik bədənini qucaqlamışdı.
92-ci il necə doğdu bu
faciəni, ay Allah!
Dərindən
düşünəndə, Xocalı qiyaməti o qədər
də gözlənilməz deyildi.
İlk günlərindən
qan-yaşlar axıdan il hamının gözləri
önündə faciə dalınca faciə doğurdu.
Dağlarda məskən salan
Təpəgözlər hər gün bizdən bir kənd, bir
şəhər istəyirdi.
Qaranlıqlar içində
çabalayan yurdumuzu Təpəgözlər
didib-parçalamaqdan doymurdu.
Düşmən hər
gün yurdumuzun bir parçasını xaraba qoyub, bizə
böhtan atırdı.
Adını bizə qoyub,
bizi yana-yana qoyurdu.
Xocalı – Çingizin
dünyaya məlum etdiyi ilk ən böyük qiyamətimiz
oldu.
Xocalıda – Dünyanın həmin
gün ən qaranlıq məskənində nələri
gördü Çingiz?
Çingizin
işığında Xocalı hamıya, dözülər-dözülməz
dəhşətləri ilə bütün dünyaya
göründü.
Dünya isə yalan bəyanatları,
saxta və qeyri-səmimi qərarları ilə yenə
gözlərini qapadı.
Xocalı dəhşətlərini
işıqlandırması – Çingizin yalnız Azərbaycana
yox, əslində bütün insanlığa
yaxşılığı idi.
Çingiz
qeyri-insanlığın və vəhşiliyin misilsiz
nümunəsini öz kamerası vasitəsi ilə bəşəriyyətə
göstərməklə Dünyanın insanlıq duyğusunu
oyatmağa can atdı.
Çingizin bir insan və
jurnalist kimi qəhrəmanlığının, fədakarlığının
bütün miqyasları, qatları hələ yetərincə
kəşf edilməyib.
Çingiz şəhidliyin
cazibəsini və həyatın şərəfsizliyini
yaxından görüb, duyub heyrətlənmişdi.
Çingiz insanın və
insanabənzərlərin fərqini görüb dəhşətə
gəlmişdi.
Çingiz öz
işığında qaranlıqların gizlətdiyi həqiqətləri
görüb heyrətdən və dəhşətdən
quruyub qalmışdı.
Çingiz – əzabdan və
heyrətdən yoğrulmuş gözləri görmüşdü...
Çingizi – ən çox
şəhidlərin gözlərindəki Heyrət əsir
etmişdi!..
O Heyrət – Çingizi
şəhid etdi...
O Heyrəti görən
Çingiz bizim kimi ola bilməzdi!
Çingiz – O Heyrətə
dözə bilməzdi, dözərək yaşaya bilməzdi...
Xocalı şəhidlərinin
gözlərindəki O Heyrətin mənası nə idi?!
O Heyrət – Çingizə
və bizə nələri söyləyirdi?
O Heyrət bundan sonra da Min
illər boyu Hamıya və Dünyaya ünvanlanıb:
– Zaman da belə Zalım
olarmı, Allah?!
– Düşmən də belə
Zülm elərmi, Allah?!
– İnsan da belə ölərmi,
Allah?!
– Ölüm də belə gələrmi,
Allah?!
– Vətən də ögey
olarmı, Allah?!
– Vətən də ölə
bilərmi, Allah?!..
92-ci illə Çingizin
savaşı hər an davam edirdi.
Çingiz – 92-ci ili faş
etmişdi...
Xocalı qiyamətini
dünyaya yaydığından 92-ci il Çingizə qənim
kəsilmişdi.
Çingiz də 92-ci ilə
nifrət edirdi.
Çingiz ilin nəfəsini
kəsmək istəyirdi.
Çingiz ili boğmaq,
dondurmaq, dayandırmaq istəyirdi!..
lll
92-ci il may təzəcə
başlanar-başlanmaz yenə müsibət doğdu.
92-ci il Azərbaycanın Mənəviyyat
və Mədəniyyət paytaxtı Şuşanı mədəniyyətsiz
və mənəviyyatsız öz meymunlarına ərməğan
etdi.
10 min illik bəşər
tarixində bu cür ədalətsiz, qəribə və
ağlagəlməz bəxşiş verən də, alan da
olmamışdı.
Azərbaycanın dahi
oğlu Məmməd Araz hər bir Azərbaycanlının qəzəbdən
titrədiyi, Tanrıdan özünə ölüm istədiyi
günlərdə bütün Dünyaya və Həyata
üsyanla söyləmişdi: “Bundan sonra daha yaşamağa dəyməz!”
Çingiz də belə
düşünürdü, o da belə qərar verdi: “Belə
yaşamaq olmaz”.
Zira, Vermək Mümkün
Olmayanı Azərbaycandan almışdılar.
Azərbaycan – Ürəyini
Düşmənə qapdırmışdı!..
Azərbaycan – Ürəksiz
qalmışdı!..
Azərbaycanın
köksündə qanlı bir boşluq yaranmışdı.
Vətənin köksündə
Ürək döyünmürdü.
Azərbaycanın Ürəyinə
Çevrilmək Zərurəti yaranmışdı.
Azərbaycanı Hamıdan
çox sevən, ona Xocalı, Şuşa qədər əziz
olan insan Vətənin ürəyinə çevrilə bilərdi...
Azərbaycanın Ürəyinə
Çevrilmək Yolu isə Şəhidlikdən
keçirdi...
92-ci ilin – özünü rəzil
və təhqiramiz bir il kimi tariximizə sırımaq istəyən
ilin üstündən xətt çəkmək istəyirdi
Çingiz.
92-ci il – Xocalı ili,
Şuşa ili ölüm-dirim savaşında məğlub
oldu Çingizə!
92-ci il – Çingizin ilinə
çevrildi!
Namussuzluq, Ləyaqətsizlik
və Şərəfsizlik ilini Azərbaycanın Namusu, Ləyaqəti
və Şərəfi ilinə çevrdi Çingiz...
Beləcə, ilk dəfə
Azərbaycan tarixində ədədlə, rəqəmlə
deyil, İnsanla, Şəxsiyyətlə, Şəhidlə
nişanlanan, adlanan il yarandı!
Çingizin ili!..
Çingiz Mustafayev adına
il!
lll
Əziz qardaşımız!
Sən 18 ildir ki, Vətən torpağında uyuyursan.
18 ildir ki, Vətən sənə
layla çalır.
18 ildir ki, Azərbaycan
göylərində sənin ruhun nigaran-nigaran qanad
çalır.
Bütün nakam şəhidlərimiz
kimi sən də Böyük Qələbənin həsrətindəsən.
Döyüşərək
keçdiyin dağların, yolların və yamacların azad
olunmasını gözləyirsən.
Əziz qardaşımız!
Müqəddəs Qarabağın azad günlərinə az
qalıb!
Sənin ayaq izlərini, sənin
baxışlarının izlərini, sənin səsinin,
harayının, hayqırıq və
hıçqırıqlarının əks-sədasını
xilas edəcəyik.
Qaytaracağıq Azərbaycana:
Sənin Xocalını...
Sənin Şuşanı...
Sənin Külli
Qarabağını...
Yaşar AZSOY
525-ci qəzet.- 2010.- 7 avqust.- S.11.