ORALARDA KİMLƏR VAR: VASİLİ AKSYONOV-2
VASİLİ AKSYONOV KİMDİR?
20 avqusta 1932-ci ildə Kazanda partiya
işçisi ailəsində doğulub.Valideynləri 1937-ci
ildə tutulub, 10 il iş kəsiblər.Aksyonov
Leninqradda Tibb institutunu 1956-ci ildə bitirib.Üç il həkim
işləyib.
30 povestin və romanın müəllifidir.:
“Həmkarlar” “Tale bileti”, “Marokkodan gətirilən apelsin”, “Janr
axtarışı”, “Krım adası”, “Yanıq yeri”, “Moskva
haqqında saqa”, “Moskva-kva-kva”, “Xam torpaqlar” və başqa əsərlərin
müəllifi sərbəst “Metrapol” jurnalının
yaradıcılarından.
1980-ci ildə
Amerikaya getdiyi üçün SSRİ vətəndaşlığından
çıxarılmışdır, Vaşinqtonda Jorj Meyson
universitetində dərs vermişdir.1990-cı ildə yenidən
SSRİ vətəndaşlığına qəbul
edilmişdir.
Ədəbiyyat
və sənət üzrə Fransanın mükafatını
və Buker mükafatını almışdır.
Dedim-Dedi
- Ən
gözəl ölüm nədir?
- Bunu məndən götürmüsən
deyəsən?
- Hə, səndən
götürmüşəm,sənin də
belə bir sualın var?
Məncə
var.
- Cavabı nədi? ?
- Xatırlamıram.
- A improvizə etsək?
- Nə olursa-olsun məğlub olmamaq, həyat
davam edir.
- Yazıçı olmasaydın, nə eləyərdin?
- Təsəvvür etmirəm.
- Ən
seçilən xüsusiyyətiniz?
- Yazmağı sevirəm.
- Başqalarında xoşun gələn nə
var?
- Onlar mənim kimi yazmağı sevmirlər.
-Sənin yaşamaq və yaşamaq
qanunları haqqında bir devizin varmı?
- Mən hesab eləyirəm ki, dayanmadan
yazmaq lazımdır.Sən yazıçısansa,yazırsansa demək səndə harmanik olaraq
hər şey alınmalıdır.
“VANEÇKANIN 26 YAŞI VARDI...”
- Deyəsən səndə belə bir adət
olmayıb,şairlər kimi kiməsə
bir şey həsr edəsən?
- Yox.Amma “Yanıq” Mayaya həsr olunub. “İvan” isə bizim Vaneçkaya.Sən eşitmisənmi
bizim Vaneçka ilə nə oldu?
- Yox,eşitməmişəm,Vaneçka
– Mayanın nəvəsinimi deyirsən?
- Onun nəvəsi idi, mənə isə
oğul. 26 yaşı vardı.Amerikan universitetini
bitirmişdi.Vanyanın anası Alenanın Amerikada həyatı
çox çətin keçirdi,Vanya da
ondan uzaqlaşmaq istəyirdi.Kolorado ştatına
getdi.Üç dost idilər,birisi amerikalı, birisi
Venesueladan və o.Üçü də canlara dəyən
uşaqlar,iş tapa bilmirdilər.Bir ara poçtda işlədilər,dağlardan
xilas etmə məntəqəsində
çalışdılar. Vanya bir alman qızını sevirdi,hətta bir yerdə yaşayırdılar.Sonra
harasa getdilər.İşləri gətirmirdi.Daha sonra
üç dost- üçü də San-Fransiskoya yerləşdilər.Div
kimi uşaqlar idilər.Bizim Vanya da eləcə.Artıq
Qretanı da unutmuşdu,ona nə vardı, qız sarıdan
korluq çəkmirdi.Mən bunları onu basdırarkən
gördüm, nə qədər gəzəl qız gəlmişdi
ora. Yeddinci mərtəbədə
yaşayırmış.Çıxır balkona...Onlar
üç yüz il əvvəl
yaşamış bir çin münəcciminin kitabı ilə
maraqlanırmışlar.Onu kimsə görməmişdi, o
çin alimini. Amma hamı deyirmiş ki, onun üç
yüz yaşı var.Mən o kitabı
görmüşdüm və insan öz taleyi haqqında ordan
bir şeylər öyrənə bilərdi.Vanya ona məktub
yazır.Müraciət olunanda,orda gərək
deyəsən dəqiq belə yazılmalıymış: əziz
kahin. Deyilənə görə, o da nəsə cavab verib.Deyəsən
Vanyaya deyib: yeddinci mərtəbədən atlan.
-Bu ki, sektant bir tarixçədir.
- O əvvəlcə atlamaq istəməyib,amma onun qəribə bir adəti varmış,
aşağı baxmaq.
- Belə bir misal var: deyirlər ki,boşluğa baxma, yoxsa boşluq səni
çəkib aparar.
– Və özünü atır. Evində
iki tələbə də varmış.Onlar tez
aşağı qaçıblar və görürlər ki,o üzüqoylu düşmüş vəziyyətdədir.Vaneçka
gözlərini açıb, deyib: mən içkiliyəm və
balkondan özümü atmışam.Sonra huşunu itirir və
daha ayılmır.
-Siz bunu necə keçirdiniz.Maya necə
dözdü buna?
– Dəhşət.Deyilməyən bir dəhşət.Acınacaqlı
günlər başladı.
-Bu nə zaman oldu.?
- 1999-cu ildə.Bizim gözəl münasibətimiz
vardı.Dostluq eləyirdik.Necə olmuşdusa mənə
çox yaxın olmuşdu.Onun ən yaxşı şəkillərini
mən çəkdim.Mən onu hələ Qotlanda götürmək
istəyirdim.O zaman mən Amerikada yaşayırdım.Hər
yay Qotlanda gedirdim.İsveçrəyə. Orda bizim
Yaradıcılıq evi kimi bir yer var,orada
yazırdım.Yaradıcılıq evi dağın lap kəlləsində
idi, aşağıda nəhəng Müqəddəs Mariya
kilsəsi.Üçüncü mərtəbədən baxan
kimi kilsənin üstündəki bir əjdaha heykəli diqqəti,
o də düz pəncərəmə baxırdı. Mən
bunları seyr edirdim və bədənim üşənirdi.Ximera
mənim həyatıma baxır.Və baxdı da.Maya Moskvada
idi,mən Amerikada. Dostum Jenya Papov zəng
elədi və dedi...
- Mənə elə gəlir ki, necə
olursa-olsun sənin həyatın asan və xoşbəxt
keçib!
-Yox, çox pis keçib.
- Sən Vaneçka haqqında hekayə
yazmısan yüngülləşmisən.Ümumiyyətlə
nə zamankı yazıçı həyatla
baş-başadır,yazır o zaman bir az
da olsa yüngülləşir?
- Bilmirəm.Yox.Yazmaq- bir xoşbəxtlikdir.Ancaq
o zaman ki, bədbəxliklərdən yazırsan, bax, onda asan
olmur.O, yəni deyim ki,Maya hekayədə
soruşur: indi biz nə eləyəcəyik? Mən cavab verirəm:
dərd çəkə-çəkə də yaşamaq
olar.
ONLAR MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİLƏR.
- Vasya, birincisi niyə ölkədən getdin
və ikincisi niyə qayıtdın?
- Getdim ona görə ki, onlar məni ələ
almaq istəyirdilər.
- Qorxdun ki, səni tutalar?
- Tutulmaqdan qorxmurdum, öldürülməkdən
qorxurdum.
- Öldürülmək? Sən
bunu bilirdin?
- Bir sui-qəsd olmuşdu.1980-ci il
idi.Qazandan gəlirdim, “Volqa” maşınımda, atamın
yanından.Yay idi, yol da bomboş,bir KAMAz peyda oldu və iki
motoroler.Onlar düz mənim üstümə gəldilər,
gözlərim işığa düşdü...
-Sən sükanda idinmi, bəs necə
qurtula bildin?
- Sadəcə Allah yardımçım
oldu.Mən heç zaman belə olmamışdım,sanki usta bir sürücü idim. Sadəcə
Allah mənə dedi: nə eləmək lazımdır.Dedi:
sağa burul...tam sağa... sonra qazı artır...sürəti
artır... və dön geriyə...geriyə... geriyə... və
biz yolun tam qırağı ilə sürüşüb aradan
çıxdıq.
- Mənsə səni bəxtəvər
hesab edirdim.Sən ədəbiyyata o qədər gözəl gəldin
ki,necə deyərlər bir göz
qırpımında, yazdın, heç kəs belə
yazmadı.Ağlın gücümü bu, yoxsa əlin gətirirdi?
- Əlim
aparırdı məni dalınca.Mən o zaman Katayevi təqlid
edirdim.Biz dostluq edirdik.O fəxr edirdi dostluğumuzla.
- Sən onun “Almaz əklil” əsərini nəzərdə
tutursan,onu “movizim” əsər adlandırırdılar,
fransız sözü olan “ mo” –söz, zövq- sözlərinə
yaxın bir şeydi “movizim”.Amma məndə belə bir qənaət
var ki, bunu ilk dəfə sən başlamısan, o da sənə
baxıb ayıldı və başladı təzə şeylər
yazmağa.
- Ola bilər.Mümkündü.O mənə
deyirdi: dostum,bilirsizmi, sizdə hər
şey gözəl alınır.Siz süjetə çox da
aludə olmayın .Süjeti şaxələndirmək
lazım deyil.
- Amma sənin süjetsiz çox gözəl
əsərlərin var: janrı bilinən “Janr
axtarışı” əsərin.
- Bu əsər yazılanda artıq o bizdən
ayrılmışdı.Biz “Metrapol”u yaratmışdıq və
o televizyonda 80 illiyində çıxış edərkən
dedi: siz bilirsinizmi,mən bizim partiyaya necə
minnətdaram,bizim Yazıçılar İttifaqına minnətdaram...
Baş əyirdi.Son dəfə mən Kiyev prospekti ilə
keçirdim,onu gördüm,nəhəng
heykəl kimi durmuşdu,yola baxırdı.Şayət mənim
romanım haqqında ədalətsizliklər olmasaydı, mən
bəlkə də getməzdim. “Yanıq”, “Krım adası”
artıq yazılmışdı və daha çox şeylər
eləyəcəkdim.Bütün bunları mən burada
çap etdirə bilmirdim və orada Qərbdə çap
olundu.Qərbdə mən özümün daha sanballı
romanlarımı yazmağa başladım və belə bir
şey oldu.Mənim romanımı çap edən “Rendom Xaus”
nəşriyyatı başqa bir nəşriyyata
satıldı.O zaman mənim naşirim mənə dedi: narahat
olma, hər şey əvvəlki kimi davam edəcək.Ancaq ora
bir nəfər təyin olundu,əvvəl bir baxdı,sonra
güman ki, ona dedilər : şayət, siz qazanmaq istərsinizsə
o zaman bütün intelegentləri boş verin getsin.
- Sən də bu siyahıya
düşdün? Lap elə bizdəki kimi.
- Gəlir gətir, yoxsa məhv olarsan, –
onlarda bu bir tərbiyə. O adam nəşriyyatın
vitse-prezidenti təyin olunan kimi mən başa
düşdüm ki,bunlarla işim
bitib,Rusiyaya qayıtsam öz yazılarımı xilas edə
bilərəm.Ən başlıcası mənim dilimi anlayan
bir ölkəyə qayıdırdım.
- Vasya, sən Rusiyada və Amerikada
yaşadın.Yaşamaq üçün bu ölkələrdəki
fərqlər nədi?Orda nə
yaxşıdı, burda nə?
- Məni isidən oydu ki, Amerikada məni
oxuyurdular.Bu heç də SSRİdəki kimi bir yanaşma
deyil.Əsərlərimin tirajı 75 min,55
min olurdu.
- Bura bax, mən sənin eqoist keyflərin,
yanaşmaların haqqında soruşmuram. Mən başqa
şey soruşuram: bizdə həyat necədir, Amerikada necə?
- Amerikada həyat həqiqətən
çox maraqlıdır.Son dərəcə rahat və
yığcam.Fransada da heç Amerikadakı kimi deyil.
- Nədi axı bu rahatlıq? Səni
sayamı salırlar,sənə daha
mehribanmı yanaşırlar,sənə köməkmi edirdilər?
– Bunlar var.Daha başqa şeylər də
var.Orda universitet sənin bir çox qayğılarının
himayadarıdır və heç bir minnət qoymadan bunu eləyirlər,
bu da həyatın formal tərəflərini həll edir,adama ləzzət eləyir.
– Sən
Rusiyada nəyi sevirsən?
- Dili.Dil məni heyran eləyir.Başqa
daha bir şey deyə bilmərəm.
- Həyatda kimə və nə borclusunuz?
- Mən indi uşaqlığım
haqqında bir şey yazıram.Uşaqlığım
çox maraqlı olub.Bu maraq mənə qüvvət verdi ki,
yaşayım.Anam türmədə yatıb,atam
da yatıb. Kazan universitetində oxuyanda mənim
haqqımda danos yazdılar.Atam və anam haqqında olan məlumatı
gizlətmişəm deyə.Və mən universiteti atmalı
oldum. Məni də həqiqətən türməyə
soxa bilərdilər.Sonra uğurlu 60-cı illər gəldi,yumşama oldu və mən bu ab-havada bərkidim
və tərbiyə olundum.
- Sən öz içində azad insan
olduğunu hiss edirdinmi?
- Yox, mən heç zaman azad insan
olmamışam.Həm də mən heç zaman sovet adamı
ola bilmədim.Maqdana gəldim, anamı bir başqa yerə
köçürmək üçün,o zaman 16 yaşım
vardı,şəhərin lap ucqarında
yaşayırdıq,bizim yaxınlığımızdan
üstü brezentli maşınlar keçirdi,mən onlara
baxırdım və başa düşdüm: mən sovet
adamı deyiləm.Qəti deyirəm: deyiləm.Hətta bir dəfə
Stalinə güllə atmaq istədim.
- Necə yəni, portretinəmi?
- Yox canım, lap özünə.Sənaye
institunda oxuyanda uşaqlarla birgə Qızıl meydandan
keçirdik.Movzoleyi gördüm,onlar
durmuşdular.Sağda qara geyimli birisi, solda mixəyi rəngdə
geyimli birisi, ortada Stalin.On doqquz yaşım vardı.Və
düşündüm: nə vurulasıdı və aradan
çıxılasıdı.
- Düşünürəm: şayət,sənin əlində bir şey olduğunu hiss
etsəydilər,sənin axırın olardı.
- Təbii...
- İndi necə,azadsanmı?
- Bunu mən Qərbə gedəndən
sonra hiss etdim.Hiss etdim ki,hara istəsəm
gedə bilərəm,bu dünyanın ən ucqar nöqtəsinə
belə.Necə istəsəm o cür hərəkət eləyə
bilərəm.İş pulda deyil.
- İndi necədi?
- İndi
tamam başqa məsələdir.Hər şey dəyişib.Mənim
ikili vətəndaşlığım var.
- Əgər,bu da bir
kömək eləməsə,bunu nəzərə almasalar?
- O zaman mən etiraz edəcəm,mübarizə edəcəm.
- Söhbətimizin əvvəlinə
qayıdaraq belə bir şey soruşum: qadın
yaradıcılıq stimulu kimi həyatında yaşamağa
davam edirmi?
- Biz artıq yaşlaşmışıq,ölmək vaxtıdır...
- Ölməyə hazırlaşırsan?
- Əlbəttə.
- Sən necə eləyəcəksən
bunu?
- Bu haqda fikirləşirəm.
- Ölümdən qorxursanmı?
- Mən bilmirəm,necə olacaq.Mənə
elə gəlir ki, nəsə olmalıdır.Bu elə-belə
bitə bilməz.Biz hamımız Adəmin
uşaqlarıyıq,o hara istəsə ora gedəcəyik,onun
cənnətə qayıtmaq ehtimalı var və biz də onun
ardınca getməliyik.
Dedim-Dedi
-
Ən gözəl ölüm nədir?
-
Bunu məndən götürmüsən deyəsən?
- Hə, səndən
götürmüşəm,sənin də
belə bir sualın var?
- Məncə var.
- Cavabı nədi? ?
- Xatırlamıram.
- A improvizə etsək?
- Nə olursa-olsun məğlub olmamaq, həyat
davam edir.
- Yazıçı olmasaydın, nə eləyərdin?
- Təsəvvür etmirəm.
- Ən
seçilən xüsusiyyətiniz?
- Yazmağı sevirəm.
- Başqalarında xoşun gələn nə
var?
- Onlar mənim kimi yazmağı sevmirlər.
-Sənin yaşamaq və yaşamaq
qanunları haqqında bir devizin varmı?
- Mən hesab eləyirəm ki, dayanmadan
yazmaq lazımdır.Sən yazıçısansa,yazırsansa demək səndə harmonik olaraq
hər şey alınmalıdır.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.-14 avqust.- S. 7.