Qobustan” sənət toplusunun yeni sayı çapdan çıxıb

 

Topluda unudulmaz şair Rəsul Rzadan bəhs edənPolifonik poeziya”, “Böyük sənət simsarıyazıları verilib. Jurnalda yer alanBöyük bəstəkar haqqında kiçik qeydlərbaşlıqlı məqalə Rəsul Rzanın dahi bəstəkar Qara Qarayev haqqında fikirlərindən ibarətdir. Şair yazıda qeyd edib ki: “Sənət yolunun 40 illik yolçusu Qara Qarayevin zəngin yaradıcılıq təcrübəsi təsdiq edir ki, onun simasında Azərbaycan dünya musiqi mədəniyyəti xəzinəsinə tarixi bir dəyər bəxş etmişdir”. Rəsul Rzanın digər səhifədə yer alanDostum Tahir Salahovyazısında xalq rəssamı Tahir Salahovun şəxsiyyətindən onun üslubundan söhbət açıb. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə A.P.Çexovun 150 illiyinə həsr etdiyiÇexovun “Universal mənəviyyat sistemi”nəYuğ”un baxışıməqaləsində ÇexovunYuğteatrının səhnəsində tamaşaya qoyulan əsərlərindən bu əsərlərə öz münasibətindən yazıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı Günay VəliyevanınTahir Salahovun Xəzər epopeyasıməqaləsində xalq rəssamının dəniz mövzusunda olan əsərlərinə işıq salınıb. Müəllif bildirib ki: “Rəssamın tünd rənglərlə ifadə olunan sərt relizmində Abşeron cizgiləri, Xəzər notları aydınlığı, nikbinliyi, Vətənə sevgini, ümidi inamı, arzunu düşüncəni ifadə edir”. AMEA-nın İncəsənət Memarlıq İnstitutunun dissertantı Samir SadıqovAzərbaycan heykəltəraşlığında Mehdi Hüseynzadə obrazıyazısında xalq rəssamı, professor Tokay Məmmədovun 1955-ci ildə yaratdığı əfsanəvi qəhrəman Mehdi Hüseynzadə portretindən söhbət açıb. Jurnalistlər Birliyinin üzvü Mirələkbər AğasıyevinHəmişəyaşarməqaləsi ölməz sənətkarımız Rəşid Behbudovun 95 illik yubileyinə həsr edilib. Məqalədə müəlifin R.Behbudovla bağlı xatirələri əks olunub. Topluya daxil edilənNazim Hikmətin əsərləri Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsindəbaşlıqlı yazıda Ələkbər Qasımov teatrın səhnəsində qoyulanKor padşahBayramın birinci günütamaşaları barədə fikir bildirib. Qobustanjurnalındaİşıq poeziyasıbaşlığı altında verilən yazı şair Fikrət Sadığa həsr olunub. Səhifədə F.Sadığın şeirlərindən nümunələr öz əksini tapıb. Professor Minəxanım TəkləlininTürk yadigarlarıməqaləsində Xoca Əhməd Yasəvi məbədinin, “Monomax tacı”, “Fəth Zəfərməbədlərinin maraqlı tarixçələri qələmə alınıb. Əzim Əzimzadənin davamçılarıyazısında əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssam Bayram Hacızadənin sənətinə nəzər salıb. Dosent, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Oqtay Abbasov “18 yaşlı gənc qızın sənət uğurlarıməqaləsində gənc rəssam Nərminin bu yaxınlarda keçirilən sərgisindən söz açıb bu sərgidən aldığı təəssüratlarını nəzərə çatdırıb. Əminə Dilbazinin rəqsləri him-cim sənətilə xalq oyun-tamaşa mədəniyyətinin sintezi müstəvisindəoçerkində ADMİU-nun dissertantı Ofeliya Zeynalova xalq artistinin sənət yolundan, onun qurduğu rəqslərdən bəhs edib. Əməkdar artist Pərviz MəmmədrzayevAktyor sənətində söz bədən diliyazısında teatrda aktyorun hərəktlərindən, bütöv cümlələri əvəz edə biləcək jestlərindən bubədəndilinin yaratdığı baxımlılıqdan yazıb. JurnalınDramatugiyabölməsində yerləşdirilənFiruz Mustafanın pyeslərində şərtilikməqaləsində çağdaş Azərbaycan dramaturgiyası nəsrinin tanınmış nümayəndəsi Firuz Mustafanın yaradıcılığından, müəllifin bir-birinin ardınca çap olunub səhnəyə qoyulan pyeslərindən geniş söhbət açılıb. Türkiyədən yazan Ənvər UzunGüney Azərbaycanda teatrməqaləsində Güney Azərbaycandakı teatr mədəniyyətini, bu vilayətdə teatr sənətinin köklərinin çox qədim köklərə söykəndiyini bildirib. ToplununDialoqbölümündə Samir Sədaqətoğlunun lənkəranlı rəssam Adil Əsədli ilə müsahibəsi təqdim olunub. NəşrinKitablar, kitablarbölməsindəAsəf Zeynallı”, “Sənətin Məcnunukitabları ilə bağlı filologiya elmlər doktoru Abid Tahirli sənətşünas Əsəd Quliyevin fikirləri yer alıb. Aydın DadaşovŞərq kinosundan örnəkləryazısındaYolların nəğməsiİnəkfilmlərini təhlil edib. Gülxani Şükürovanın qələmə aldığıAzərbaycan tapmacalarında mifoloji obrazlarməqaləsi bu nömrədədir. Toplunun son səhifələrində tarix elmləri namizədi Məmməd MəmmədovunAçıq səma altında muzey”, teatrşünas Elçin CəfərovunAzərbaycan dövlət teatrları sisiteminin təşkilatlanma problemləri sənətşünaslıq namizədi Abbasqulu NəcəfzadəninMeyxana janrı idiofonlu çalğı alətləriyazıları oxuculara təqdim olunub.

 

 

Günel

 

525-ci qəzet.- 2010.-17 avqust.- S. 4.