Niyazinin doğum günü qeyd edilib
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dirijoru və bəstəkarı
Maestro Niyazinin anadan olmasının 98 illiyilə
bağlı tədbirlər
keçirilib. Tərtib olunan proqrama
əsasən səhər
saatlarında muzey işçiləri, mədəniyyət
adamları Fəxri Xiyabanda Maestronun məzarını ziyarət
ediblər. Daha sonra bəstəkarın mənzil muzeyində davam etdirilən tədbirdə Niyazinin musiqi yazmış olduğu Kəndlilər,
Fətəli xan, Doğma xalqımıza,
Almaz filmlərindən
fraqmentlər göstərilib.
Təntənəli rəsmi
hissəni giriş sözü ilə açan muzeyin direktoru Rza Bayramov
müqəddəs sənət
ocağındakı tədbirdə
iştirak edənləri
salamlayaraq keçirilən
mərasimin mahiyyətini
açıqlayıb: Maestronun
doğum günü şərəfinə muzey
yalnız rəsmi tədbir keçirməklə
kifayətlənməyib, ilk dəfə olaraq, Niyazinin musiqi yazdığı kinofilmlərin
gün ərzində muzeydə fasiləsiz nümayişini təşkil
edib. Bu məqsədlə
Dövlət Film Fondunun
köməyi ilə bəstəkarı Niyazi olan 5 kinofilmin diskləri əldə olunub. Tədbirdə
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin
direktoru Maarif Teymurov, Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Alla Bayramova, dirijorlar, musiqiçilər, musiqişünaslar,
muzey işçiləri
və başqaları
iştirak ediblər. Çıxışlar və
xatirələrdən sonra
bədii hissədə
Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova,
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova, Tural Ağasıyev və digər sənətçilərin
ifasında bəstəkarın
Arzu romansı, Yaşa yaşa, Azərbaycan mahnısı,
piano üçün pyesləri
səsləndirilib. Daha sonra
iştirakçılar üçün
Maestro sənədli filmi
nümayiş olunub.
Təntənəli tədbirdən sonra
arzulayanlar üçün
yenə də bəstəkarı Niyazi olan Mahnı belə yaranır filmindən fraqmentlər göstərilib, Muzeyə
müxtəlif mənbələrdən
yeni daxil olan materiallardan ibarət sərgi keçirilib. Sərgidə Niyazinin Xosrov və Şirin operasının əlyazması,
müxtəlif fotoşəkillər,
afişalar yer alıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 24 avqust.- S. 4.