BİR DE GÖRÜM A!

 

Elxan Qaraqanın “A” romanının psixoanalitik təhlili

 

V hissə

 

Ötən həftə “525-ci-ci qəzet”in redaktor müavini, klassik ədəbiyyat araşdırmaçısı Seyfəddin Hüseynliyə “A” romanı haqqındakı yazının növbəti hissəsinin psixoanalizlə ilgili olacağını bildirəndə məni pəjmürdə eləyən bir söz dedi: “İndi yeni nəzəriyyələr meydana çıxıb, Freyd artıq rədd olunur”. Yazıma pərdəarxası söhbətlə başlamağım sizi təəccübləndirməsin. Çünki təkcə Seyfəddin Hüseynli yox, çoxları bu fikirdədir. Təxminən bir il öncə Fəxri Uğurludan eşitmişəm: “Hələ də Freyddən əl çəkmirsən”. Bu konuda Seyfəddin və Fəxridən çox, ingilisdilli rumın kulturoloqu Mirça Eliade ilə razılaşıram: “Maraqlıdır ki, bütün həyati elmlər arasında yalnız psixoanaliz insani məxluqun “başlanğıcının” öz-özlüyündə bir cənnət və rifah olması ideyasına gedib çıxır, halbuki yerdə qalan elmlər başlanğıcın qeyri-sabitliyinə və təkamülə israrlıdırlar”. (M.Gliade. “Aspektı mifa”. Akademiçeskiy prospekt, 2000, s.77). Rumın kulturolqundan məhz bu sitatı gətirməyim həm də onun sözlərinin “A” romanının əsas ideyası ilə bağlı olmasından doğur. Axı bu romanın qəhrəmanları da insanlıq əlifbasının ilk hərfinə qayıtmaq, itirilmiş “cənnəti” bərpa etmək istəyirlər.

“A” müəllifi bu bərpa prosesini iki planda qoyursosial-siyasi fərdi-psixoloji. Birinci planda olaylar toplumda, ikincidə isə insanın dünyasında baş verir bu iki xətt sonucda qovuşur. Birinci planla bağlı yazının bundan öncəki hissəsində bəhs etdik. İndi əsas söhbətimiz daxili-psixoloji plan çevrəsində olacaq. Bu isə bizi psixoanalitik təhlil metoduna gətirib çıxarır.

Seyfəddin Fəxrinin yuxarıda qeyd olunan antifreyd mülahizələrinə bir daha qayıdıb demək istərdim ki, tutaq ki, alman, yaxud ingilis ədəbiyyatşünaslığı üçün bu metod olsun ki, köhnəlib, amma bizim üçün yenidir. Bildiyimiz kimi, altmışıncı illərdən sonrakı ədəbiyyatın inkişafının əsasında fəhlə kolxozçudan insana, onun mənəvi-psixoloji dünyasına dönüş durur. Odur ki, son əlli ilin ən yaxşı bədii örnəkləri psixoanalitik təhlil üçün zəngin material verir. Məsələn, Elektra kompleksinə əsaslanmadan İ.ƏfəndiyevinSən həmişə mənimləsənpyesinə, yaxudkollektiv şüursuzluqanlayışını kullanmadan M.SüleymanlınınKöçromanına necə çözüm vermək olar? S.ƏhmədlininYamacda nişanəromanının qəhrəmanı Laçının ölümünün əsasında tam realizə olunmamış libidonun (daxili seksual enerji) partlayışı durur. Öz Sarıtelinə qovuşa bilməyən dəliqanlı çıldırır qəzaya uğrayır. Gülnisə-Səlimə (İ.Əfəndiyev, “Dağlar arxasında üç dost”) ZivərTəhminə (Anar, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”) dartışmalarının özülündə latent bilincaltı instinktlər dayanırhər iki halda ana öz oğlunu (Şahlar, Zaur) “başqa qadınavermək istəmir. Səlimənindərələrin itiolması Gülnisə, Təhminəninlotu beçəolması isə Zivər üçün sadəcə bəhanədir. Elçin özəlliklə Afaq Məsudun az qala istənilən bir əsəri isə psixoanalitik çözümlər üçün əməlli-başlı xam torpaqlardır. Eləcə , V.Səmədoğlu, R.Rövşən, V.B.Odər Salamın şeirləri. Yəqin ki, bu sayaq faktları göz önünə alan Xalq yazıçısı Elçin çağdaş ədəbi proseslə bağlı məqalələrindən birində bədii ədəbiyyat örnəklərimizin psixoanalitik metodla yorumlanması zərurətini özəl olaraq vurğulayır.

Doxsanıncı illər ədəbiyyatı psixologizm baxımından xüsusilə səciyyəvidir ki, bu da sözügedən illərin xaotik ictimai-siyasi olaylarının insan psixikasına zədələyici təsirindən doğur. Bu illərdə ədəbiyyata gələn cavanların yazılarında üzə çıxan xəstəhal təfəkkür, anormal psixologiya da bununla bağlıdır. Elxan onun mənsub olduğu ədəbi nəslin təmsilçiləri isə bir faktı təsdiqləyircəmiyyət həyatında yaranan ictimai-siaysi, mənəvi-psixoloji stabilləşmə, deyəsən, ədəbiyyatdakı bu anormallığı da tədricən aradan qaldırır. Öz müəllifinin bütün zahiri anarxist-nitsşeçi çağırışlaırna rəğmən, “A” romanı mənə həm normallaşmaözünəqayıdış çabasının bədii ifadəsi təsiri bağışlayır.

 Psixoanalitik təhlil üçün Z.FreydinNarsisizm haqqındaadlı araşdırmasını əsas götürmək istəyirik. Çünki, bizcə, Elxanın qəhrəmanının psixoloji durumunu ən çox məhz bu anlayışla səciyyələndirmək çözmək olar. İlk dəfə P.Nak tərəfindən işlədilən sonra Freyd tərəfindən inkişaf etdirilən narsisizm termini qədim yunan mifinin personajlarından olan bir gəncinNarsisin adından götürülüb. Öz əksini suda görüb vurulan oğlan ondan ayrıla bilmir nəticədə narsisəsu zanbağına çevrilir. Mifin məntiqi budur: özünəvurğunluq insanı məhvə aparır, insanlıqdan çıxarır, daha aşağı varlıq formasınabitkiyə çevirir.

 Ətraf aləmdən ayrılmış libido fərdi mənə qayıdır ki, bunun sonucunda yaranan vəziyyəti biz narsisizm adlandıra bilərik”. Freyd narsisizmin konkret tərifini belə verir. (Ziqmund Freyd. Oçerki po psixoloqii seksualğnosti”. Sankt-Peterburq, Azbuka-klassika, 2008, s. 155). Freydə görə, libido sublimasiya olunanda, yəni realizə olunanda insan normal psixoloji duruma düşür, özünəvurğunluqdan xilas olur, başqasını sevir, seksual predmeti özündə yox, başqasında tapır. Libido sublimasiya oluna bilməyəndə isə tam əksinə narsisizm başlayır. Narsisizm durumuna düşən insanın müəyyən fərqləndirici xüsusiyyətləri özünü büruzə verir: fantaziya magiyaya meyl, öz mənini ideallaşdırmaq, böyüklük maniyası, dünyanın məhvi ilə bağlı daxili duyum s. Biz yuxarıda qeyd olunan proses xüsusiyyətlərin demək olar ki, hamısını “A” romanı qəhrəmanının timsalında müşahidə edə bilirik.

Gəlin romanın süjetini ən qısa şəkildə yada salaq: həyatdan bezmiş, müəyyən kompleksləri (məsələn, valideyn diktaturası) olan gənc oğlan evdən naməlum bir istiqamətdə qaçır. Əslində isə bilincaltı olaraq özündən qaçır libidosunu realizə etmək istəyir, sadə desək, yar axtarışına çıxır. Bunun folkloristik variantı qədim nağıl dastanlarda qəhrəmanların buta alıb sevgililərinin dalınca getməsinə bənzəyir. Amma nağıl dastanlardan fərqli olaraq romanın qəhrəmanı bu hökmü kənardan yox, öz şüuraltından alır. sevgilisinə (Aysel) rast gəlir . Amma onların tanışlığı həyatda yox, “sənətdəbaş verir. Oğlan təsadüfən kino çəkilişi meydanına gəlib çıxır səhvən, özü bilmədən qızın atlı şahzadəsinin roluna girir. Təsadüfi tanışlıq zərurətə çevrilir. Sevgililər bir-birinə qoşulub çəkiliş meydançasından qaçırlar.

Qızı qaçırdığı üçün həbs olunan oğlan HOST-çular tərəfindən həbsdən azad edilir inqilabçı gənclər təşkilatına daxil olur. Amma əvəzində Ayseli itirirsevgilisinin inqilabçılıq fəaliyyətindən bezən qız onun qarşısında şərt qoyur: “Mən səni sevirəm, amma yorulmuşam. Bu A-dan, HsOST-dan, qara köynəklərdən. Mən gedirəm, seçimini et, ya mən, ya HOST”. Bir dəqiqəlik sükutdan sonra dedim: “HOST”. Bildiyimiz kimi, A Anarın daxili məni, alter eqosu, öz təsəvvüründəki ideal obrazı, HOST isə xəyali bir təşkilatdır. Beləliklə, Ayselin Anara dediyi sözləri psixoanalitik dilə çevirsək, Aysel Anardan öz libidosunu gerçəkləşdirməyi tələb edir. Anar buna yox cavabı verir. Yəni libido yenidən öz məninə qayıdır bu nöqtədən narsisizm başlayır. Romanın finalının paranoik qallüsinasiya ilə bitməsi psixoanalitik məntiqlə özünü doğruldur. Ətraf aləmdən təcrid olunan insan öz daxili dünyasının fantaziyalarına qapanır.

Lakin “A” romanında bu psixoloji final həm genəl fəlsəfi mahiyyət daşıyır. Burda söhbət həm ümumbəşəri narsisizmdən gedir. Sadəcə bir adamAnar yox, həm insanlıq özünəvurğunluqdan qurtula bilmir bu çağdaş insanlığı total qallüsinasiyaya, fantaziyalar aləminə aparır. Xilasın bir ən vacib şərti varözünə, öz məntiqinə, ştamplanmış, klişeləşmiş, mütləqləşmiş qənaətlərə inamı bir kənara qoymaq, özünə hədsiz güvəncdən, təkəbbürdən əl çəkmək, ağır yük kimi çiynimizdə daşıdığımız ideyalardan təmizlənmək. Dünyaya, həyata, insan ömrünün mənasına başqa, alternativ gözlə baxmaq! Narsisizm yuxusundan ayılmaq!

Yazımın sonunda bir etiraf edim. Təxminən on il öncəƏdalətqəzetində Azərbaycan yazarlarına divanə bir sualla müraciət etmişdim. “Kim yatmış, kim oyaq?”. Amma düzü bu sualıma tezliklə cavab alacağımı gözləmirdim. Elə bilirdim ki, hələ uzun müddət ədəbiyyatımızın Cırtdanı meydana çıxmayacaq. Elxanın çevik ayıq təfəkkürü bu qənaətimi yaxşı mənada dəyişdi. Elxan heç kəsin gözləmədiyi yerdən gəldi. Özünü o yerdə görənlər yerlərini gördülər. Kimlərsəən yeni ədəbiyyatqatarından düşdüyünü hiss etdi. burda da qısqanclıqlar başladı. Qoy olsun! Görünür, bütün istedadların nəsibi olan bu qismətdən Elxan da qaça bilməyəcək. Mən isə, nəhayət ki, sualıma verdiyim cavabı eşidirəm: “Hamı yatmış, Elxan oyaq!”.

 

 

Əsəd CAHANGİR

 

525-ci qəzet.- 2010.- 28 avqust.- S. 28.