BakıdaDövri mətbuat, kitab nəşri, kitab yayımı poliqrafiyaməsələləri üzrə iclas keçirilib

 

Dünən Mirzə Fətəli Axundov adına Milli Kitabxanada MDB İcraiyyə KomitəsiDövri mətbuat, kitab nəşri, kitab yayımı poliqrafiyaməsələləri üzrə Dövlətlərarası Şuranın XV iclasının açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bu iclasın Azərbaycanın paytaxtında keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Nazir müavini deyib ki, 1999-u ildə yaradılmış MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuraya Azərbaycan 2005-ci ildən üzv olub və qurumun iclaslarında ardıcıl olaraq fəal iştirak edib. Hazırda bu quruma sədrlik edən Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu deyib ki, bu şura dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB üzvü ölkələrində göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir. Dekabrın 2-nə kimi davam edəcək iclasda qonaq qismində Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, Rusiya Federasiyasından Nəşr və kütləvi kommunikasiyalar Federal Agentliyinin Dövrü mətbuat İdarəsinin rəis müavini Gennadi Kudiy, MDB müstəqil kitab yayımı Asossiasiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva da daxil olmaqla 15 nəfərlik nümayəndə heyəti iştirak edir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

 

525-ci qəzet.- 2010.- 1 dekabr.-S.7.