“Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert”
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında peşəkar musiqi ifaçılığı ilə məşğul olan gənclərin “Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Konsert” layihəsi gerçəkləşəcək. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Konsertin ifaçıları – maraqlı layihələrə –həm klassik, həm də müasir Azərbaycan musiqisini tanıtmağa çalışan üç istedadlı musiqiçi –Anar Məmmədov(klarnet), Vəli Budaqov(klarnet) və onları pianida müşayiət edəcək –Aysel Məlikova olacaq. Klassik akademik və müasir Azərbaycan, eləcə də dünya musiqisinin təbliği ifaçıların əsas amalıdır. Konsertin proqramına Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəylidən başlayaraq bu günə qədər Azərbaycan bəstəkarlıq məktəbinin nümayədələrinin –Q.Qarayev, F.Əmirov, Z.Bağırov, Ə.Əzizov, A.Məlikov, X.Mirzəzadə, İ.Quliyev, L.Cəfərova, N.Nağıyeva, F.Allahverdi – müxtəlif janrlı əsərləri daxil edilib. Qeyd edək ki, konsertə giriş pulsuzdur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 1 dekabr.- S.7.