Mənim göyərçinimyeni versiyada

 

Maraqlı səhnə əsərləri, zəngin repertuarı premyeraları ilə daim öz tamaşaçılarının görüşünə gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu dəfə ənənəsinə sadiq qalır. Belə ki, teatrın yaradıcı heyəti yazıçı-dramaturq Tamara VəliyevanınMənim göyərçinimtamaşasının yeni səhnə versiyasını yaxın günlərdə teatrsevərlərin ixtiyarına verəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ilk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova (Turan (yaşlı), Günel Məmmədova (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Eşqin Quliyev, Elnur Hüseynov (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen), Məsumə Babayeva (müəllimə), Sona Babayeva (valideyn), Elxan Qurban, Rövşən Abbasov (Natiq), Müşfiq Əliyev, Anar Seyfullayev, Xalidə Şərifova, Ədalət Əbdülsəmədov, Rəzzaq Məmmədov, Yusif Dadaşov, Aydın Dəmirov, Nurlan Rzayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aybəniz Əhmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Vahid Orucoğlu (şagirdlər), Nəsibə Eldarova, Dilarə Fərəcullayeva, Kərəm Hadızadə, Asya Atakişiyeva, Nigar Məmmədova başqaları bölüşürlər. Qeyd edək ki, tamaşa 4, 5 26 dekabrda saat 19.00-da nümayiş olunacaq.

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 1 dekabr.- S.7.