“Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert”
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında professional musiqi
ifaçılığı ilə məşğul olan gənclərin “Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert”
layihəsi həyata keçirilib. Bəstəkarlar
İttifaqından APA-ya verilən məlumata
görə, konsertin ifaçıları
həm klassik, həm də müasir Azərbaycan musiqisini
tanıtmağa çalışan musiqiçilər – Anar Məmmədov (klarnet),
Vəli Budaqov (klarnet)
və Aysel Məlikova (piano)
olub. Konsertin
proqramına Azərbaycan professional musiqisinin banisi Ü.
Hacıbəylidən başlayaraq bu günə qədər Azərbaycan bəstəkarlıq
məktəbinin nümayəndələrinin müxtəlif
janrlı əsərləri daxil edilib.
525-ci qəzet.- 2010.- 3 dekabr.- S.7.