Gələcək nəsillər üçün...
“ƏSRLƏRDƏN
ƏSRLƏRƏ” HAQQINDA DÜŞÜNCƏLƏR
Yazıçı və ədiblərimizin
həyatından bəhs
edən kitablar həmişə maraqla oxunur. Bunun başlıca
səbəbi xatirə-yazıların
heç bir dərslikdə öz əksini tapmaması, həyat dərsləri olaraq ibrətamiz, müdrikanə fikirlərlə
zəngin olmasıdır.
Bu qəbildən olan kitablardan biri “Nurlan” nəşriyyatında
işıq üzü
görmüş “Əsrlərdən-əsrlərə”
(çağdaş yazıçılar
klassiklər və müasirləri haqqında)
adlanır. Kitabı tərtib edən və son sözün
müəllifi şair-tədqiqatçı
Sona Xəyaldır. Oxucunu XII-XX əsrlərə
aparan “Əsrlərdən-əsrlərə”,
mən deyərdim ki, bugünkü ədəbiyyatsevər gəncliyin
və gələcək
nəsillərin kitabıdır.
Hər biri bir yədqiqat işinin xülasəsi olan məqalələr klassiklərini və müasirlərini unutmayan yazıçılarımızın fikirlərini, düşüncələrini
əks etdirir. Bunları oxumaq və bilmək gəncliyimiz üçün
necə də vacibdir!
Xalq şairi Rəsul Rzanın “Uzaq
ellərin yaxın töhfələri” yazısında biz uzaq
Kərbəlada uyuyan Məhəmməd Füzulinin
təkcə rəssam tərəfindən yaradılmış
portretini deyil, həm də onun yaradıcılıq
aləminin sonsuz rənglərini, bu rənglərin ən
incə çalarlarını görürük. Xalq şairi
Nigar Rəfibəylinin “İşıqlı həyat
həsrətində” məqaləsi Azərbaycan
qadınının ömür yoluna—istər yazılı
dastan abidələrində təsvir olunan, istərsə
də real həyatda Həcər, Nigar kimi işıqlı
türk qadınının, eyni zamanda Mirzə Cəlilin
Nazlısı kimi hüquqsuz qadınların həyat yoluna
işıq salır. Burada kədər də var, qürur da!
Xalq yazıçısı Anarın “Dədə Qorqud
dühası”nı oxuyanlar Dünya xalqlarının
təməl kitablarının, Ana kitablarının
adlarını biləcəklər. Bunları tanımaqla
bugünkü gənclik
və gələcək
nəsillər öyrənəcək
ki, “İlliada” və “Odisseya” qədim yunanların, “Mahabharata” və “Ramayana” hindlilərin, “Şahnamə” iranlıların,
“Kalevala” finlərin, “İqor polku haqqında dastan” rusların, “Manas” qırğızların, “Sid”,
“Roland”, “Nibelunqlar” dastanları ispanların, fransızların, almanların, “Koblandı
batır” qazaxlarındır.
Müəllif Azərbaycan-türk
xalqının Ana kitabı olan “Kitabi-Dədəm Qorqud”dan bəhs edərək
yazır: “Amma nə ingilislərin, nə fransızların, nə rusların, nə almanların, nə də ispanların “Kitabi-Dədəm
Qorqud” möhtəşəmliyində
xalq eposu yoxdur”. Bunu bizim
gənc nəslin və gələcək nəsillərin bilməsi
necə də vacibdir! Anarın “Əbədi Mirzə Cəlil”, “Əsrin şairi” məqalələri
də oxucuya C.Məmmədquluzadə və
N.Hikmət haqqında
yeni söz çatdırır. Topluda Dədə
Qorqud əzəmətinin
tərənnümündən sonra “Böyük mütəfəkkir Nizami Gəncəvi”, “Bəşər
mədəniyyətinin nadir
korifeyləri sırasında”
adlı məqalələrdə
böyük Nizami Gəncəvidən, azadlıq
aşiqimiz Xəlil Rza Ulutürk bəhs edir. Şairin “Sirlər xəzinəsi”ndən nümunə gətirdiyi, Sultan Səncərə ünvanlanan
aşağıdakı beyt
Xəlil Rza Ulutürkün alov saçan gözlərində
hər zaman oxunmuşdur:
Həsənzadə
Tahir
525-ci qəzet.-
2010.- 3 dekabr.- S.7.