Kamal Abdullanın 60 yaşına
Kamal müəllim yaradıcılığına,
onun təşkilatçılıq
bacarığına bir
diqqət olaraq özümdən asılı
olmayaraq bu yazını yazmağa başladım. Ona görə yazdım ki, ad günü
ərəfəsində Almaniyada
olmasına rəğmən
heç olmasa, ürəyimdən keçən
təbrik sözlərini
mətbuat vasitəsilə
çatdırım.
Bu günlərdə Kamal Abdullanın Berlində Humbolt Universitetində açılan Azərbaycan
elm və mədəniyyət mərkəzində
iştirakı heç
təsadüfi deyil. Belə ki, məhz onun
təşəbbüsü ilə 2008-ci ilin oktyabr ayında Bakı Slavyan Universitetində “Humbolt adına Alman tədris və mədəniyyət mərkəz”-inin yaradılması ideyası qısa zamanda gərçəkləşdi.
İki ilə yaxın müddətdə
fəaliyyət göstərən
mərkəz Almaniyanın ölkəmizdəki
səfiri də daxil olmaqla mütəmadi
olaraq almaniyalı alimlərin və qonaqların marağına
səbəb olan mərkəzə çevrildi.
Filologiya fakültəsinin
Roman-german ixtisası ilə təhsil alan tələbələri
qısa zamanda alman dilinə, mədəniyyətinə yiyələnərək
iki ölkə arasında əlaqələrin
qurulması işində
fəaliyyət göstərməyə
başladılar.
Belə ki,
2009-cu ilin sentyabr ayında başlayan ilk simpozium “Dədə Qorqud” və “Nibelunglar nəğməsi” eposlarının
oxşar çəhətlərinin
öyrənilməsi, Mainz
Universitetinin türkoloq
alimlərinin, eləcə
də, Almaniyanın digər Universitetlərinin
alim və magistrlarının Azərbaycana
səfəri zamanı
belə bir möhtəşəm simpoziumun işində iştirak etmələri xoş bir hadisə olaraq yaddaşlarda qalacaqdır. Simpoziumun 2011-ci ilin iyun
ayında beş illik layihənin davamı olaraq keçirilməsinin əsas
məqsədi isə Mainz Universitetində “Osvald Volkstein” cəmiyyətinin də dəstəyi ilə görülən hazırlıq
işləri ilə yanaşı Kamal Abdullanın “Dədə Qorqud” eposunun qorunub saxlanmasında və öyrənilməsində
xüsusi xidməti olmuş
F.v.Ditsin xatirəsinə
həsr olunmuş elmi əsərlər məcmuəsinin onun 195 il əvvəlki əməyinə bir diqqət olaraq hazırlanması iddiasını
gerçəkləşdirməkdir. Şübhəsiz ki, qısa bir zamanda
Tübungen, Manhaim, Bonn, Berlin və
başqa universitetlərlə
qurulan əlaqələr,
tələbə
yay semestr layihələri, Kamal müəllimin universitetə
gələn qonaqlara diqqət yetirməsi, ümumiyyətlə, beynəlxalq
əlaqələrin qurulmasında
xidmətləri danılmazdır.
Son dövr
Almaniya-Azərbaycan mədəni-elmi
tədris əlaqələrindəki
xidmətlərini nəzərə
alaraq bu il Alman-Azərbaycan cəmiyyətinin 20 illik yubileyində Bakı Slavyan Universiteti “Yaşıl Budaqlar” bürünc mükafatına
layiq görülmüş
və bu mükafat hörmətli rektor, professor Kamal Abdullayeva təqdim olunmuşdur.
Kamal Abdullanın
universitet həyatında
tələbə-müəllim, müəllim-valideyn münasibətlərinin
qurulmasında, eləcə
də tələbələrin
elmi şuralarda iştirakı, zaman-zaman onların çıxışları
ilk növbədə özlərinə inam hissi oyadır və onlar bir
növ həyat dərsi keçərək
formalaşırlar.
Bu yaxınlarda “525”-ci qəzetdə Kamal Abdullaya həsr olunmuş “Zamandar” adlı məqalə çap olunmuşdu. Bu məqalə onun işlərinin həcmi, düşündüyü
layihələri gerçəkləşdirmək
üçün zaman
baxımından vaxt azlığı ilə üzləşdiyinin sübutudur.
Sanki, bu dar zamanda Azərbaycanın
beynəlxalq səviyyədə
tanınması istiqamətində
düşündüyü ideyaların hamısını
həyata keçirmək
arzusundadır. Beynəlxalq
səviyyədə tanınan
dəyərli alimimiz vaxtın darlığını
hiss etmədən bundan sonra da
öz yaradıcılığı
ilə bizləri heyran etməyə və yaxşı mənada təəccüləndirməyə
davam etməsini arzu edirik.
Çingiz ABDULLAYEV,
Alman-Azərbaycan cəmiyyətinin
idarə heyətinin sədri,
kulturalogiya elmlər doktoru,
professor
525-ci
qəzet.- 2010.- 4 dekabr.- S.23.