İlqar FəhmininAktrisaəsəri Özbəkistanda nəşr edilib

 

Ötən ay İlqar FəhmininAktrisapsixoloji detektivi Özbəkistanın dövlət nəşriyyatı olanŞərqnəşriyyat-mətbəə şirkəti tərəfindən böyük tirajla çap olunub. Əsəri özbək dilinə tanınmış yazıçı tərcüməçi Rüstəm Jabborov tərcümə edib. Kitaba adıçəkilən romandan əlavə yazıçının özbək mətbuatına verdiyi müsahibələr daxil edilib. Aktrisaromanı Rüstəm Jabborov tərəfindən özbək dilinə çevrildikdən sonra, ilk olaraq 2009-cu ildə Buxarada dərc olunan “7x7” dərgisində hissələrlə çap olunaraq geniş oxucu kütləsinin marağına səbəb olmuş, “Şərqdövlət nəşriyyatının diqqətini cəlb etmiş Nəşriyyatın 2010-cu il planına salınmışdı. Gələn il kitabın Daşkənddə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Xatırladaq ki yazıçı-tərcüməçi Rüstəm Cabborov uzun illərdir ki Azərbaycan ədəbiyyat nümunələrini özbək dilinə çevirməklə məşğul olur. Onun tərcüməsində Anarın, Afaq Məsudun, Rəşad Məcidin başqa ünlü yazarlarımızın nəsr əsərləri Özbəkistanın müxtəlif mətbuat orqanlarında dərc olunub.

 

GÜNEL

525-ci qəzet.- 2010.- 4 dekabr.- S.17