Naxçıvan Dövlət Universitetində Heydər Əliyev həftəsi

 

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində (NDU) bir həftə ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Heydər Əliyev həftəsinin ilk tədbiri kimi universitetin professor-müəllim heyəti tələbə kollektivi ümummilli liderin Naxçıvan şəhərindəki heykəlini ziyarət edib, ulu öndərin xatirə muzeyi ilə tanış olublar. Heydər Əliyev muzeyində xüsusi məşğələ keçirilib. Məşğələni giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetin rektoru, akademik İsa Həbibbəyli yeni Azərbaycanın böyük yaradıcısı Heydər Əliyevin dövlətçilik ideallarının yeni nəsillər üçün örnək olduğundan bəhs etmişdir. Tədris işləri üzrə prorektor, əməkdar elm xadimi Hüseyn HəşimliHeydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidirmövzusunda məruzə ilə çıxış ediblər. Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyinin direktoru Ramin Orucəliyev yeni eksponatlar haqqında məlumat verib. Bundan başqa universitetin tarix-filologiya fakültəsində ulu öndərə həsr edilmiş şeir müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə universitetdə təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrin iştirakı böyük maraqla qarşılanıb. Həftə ərzində Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin məşğələsindəHeydər Əliyevin dövlətçilik təlimi müasir dövrmövzusunda məruzənin dinlənilməsi, görkəmli dövlət xadiminin həyatı fəaliyyətinə həsr olunmuş tələbə elmi konfransının keçirilməsi, ədəbi kompozisiyanın, rəsm kitab sərgilərinin təşkili nəzərdə tutulur.

 

Mehriban SULTAN,

NDU-nun mətbuat şöbəsinin müdiri

525-ci qəzet.- 2010.- m7 dekabr.- S.7.