Tiflisdə Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert olub

 

Gürcüstan Milli Musiqi Mərkəzində (GMMM) Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin müəllif konserti keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə konsertin təşəbbüskarı təşkilatçısı, GMMM-in direktoru Niko Mimonişvili çıxış edərək, bəstəkarın yaradıcılığı barədə iştirakçılara məlumat verib. Bəstəkarın fəaliyyətinə həsr olunan, Parisdə çəkilmiş klip nümayiş etdirilib. Daha sonra Firəngiz Əlizadənin əsərləri səsləndirilib. Tədbirdə Türkiyə, Yaponiya, Azərbaycanın digər ölkələrin Gürcüstandakı səfirləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, bəstəkarlar, gürcü azərbaycanlı ziyalılar, incəsənət xadimləri iştirak ediblər. Müəllif konserti iki bölümdə baş tutub. Tədbir zamanı Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi tərəfindən Azərbaycan incəsənət nümunələrini əks etdirən sərgi təşkil edib. F.Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstana səfəri zamanı bir çox görüşlər keçirib: “Gürcüstan ictimaiyyəti məni çox yaxşı qarşıladı. Mənim Gürcüstan Bəstəkarlar İttifaqında, Konservatoriyada onun muzeyində bir sıra görüşlərim olub. Gürcü ictimaiyyəti məni çoxdan tanıyır. Mənim üçün önəmlisi odur ki, musiqilərimi tamaşaçılar qəbul etsinlər. Düşünürəm ki, onlar əsərlərimi qəbul etdilər. Gürcüstan bəstəkarları ilə çox yaxşı münasibətlərimiz var. Gürcüstanın ən məşhur bəstəkarı Giya Kançeli ilə Berlində İsveçdə birgə konsertlər vermişik. Gürcüstanla həmişə qardaş münasibətlərimiz olub. Bizim musiqimiz onlar tərəfdən ifa olunub, onların musiqiləri bizim tərəfimizdən. Bizim çox böyük dostluq əlaqələrimiz, həm yaradıcılıq əlaqələrimiz

 

525-ci qəzet.- 2010.- 7 dekabr.- S.7.