Gürcüstan paytaxtında 11-ci Beynəlxalq Film Festivalı keçirilir

 

Dünən Gürcüstanın paytaxtı Tiflisdə 11-ci Beynəlxalq Film Festivalı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festival gürcü rejissoru Otar ÇelidzeninŞantrapa” (“Yaramaz”) filmi ilə açılıb. Festival çərçivəsində 19 ölkənin 100-dən çox kino filmləri nümayiş etdiriləcək. Tədbirdə yüzə qədər xarici rejissorlar, kino xadimləri, prodüserlər, aktyorlar, kinoşünaslar, festival menecerləri jurnalistlər iştirak edəcək. Festivalda iştirak edən kino xadimlərinin gənc kinematoqrafçılar üçün master-klass aparacaqları da nəzərdə tutulub. Festival boyunca filmlər TiflisinRustaveliAmiranikinoteatrlarında nümayiş olunacaq. Festival təşkilatçılarının məlumatına görə, tədbirin münsiflər heyətində məşhur Serbiya kinorejissoru Jelimir Jilnik, məşhur İran rejissoru Xana Maxmalbaf, Britaniya aktrisası Mariya d`Abo, gürcü rejissoru Nana Corcadze rus rejissoru Yelena Xazanova təmsil olunur. Filmlər iki nominasiyada – “Qızıl PrometeyGümüş Prometey” – qiymətləndirəcək. Nominasiyaları gürcü heykəltəraşı Tamara Kvesitadze hazırlayıb. Nominasiyadan başqa, münsiflər heyəti bir film üçün Beynəlxalq İncəsənət Mədəniyyət Fondunun təsis etdiyi Paracanov adına priz təyin edib. Daha bir film isə Avropa İttifaqının müşahidəçilər missiyası tərəfindən təsis edilənİnsan hüququ dünyaadlı xüsusi priz ilə mükafatlandırılacaq. Məlumata görə, Tiflisdə keçiriləcək Beynəlxalq Film Festivalının müsabiqə proqramına Azərbaycanda istehsal olunan Oskarmükafatına namizəd göstərilənSahəadlı film daxil edilib. Müsabiqədə həmçinin Polşa, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, İspaniya Serbiya rejissorları tərəfindən çəkilən filmlər nümayiş olunacaq.

 

525-ci qəzet.- 2010.- 7 dekabr.- S.7.