Azərbaycan rəssamlarıDaşkəndin sevinci”ndə qızıl medal qazanıblar

 

Özbəkistan paytaxtında “Nəsillərin harmonik inkişafı” dövlət proqramı çərçivəsində “Daşkəndin sevinci” adlı Beynəlxalq Uşaq Festivalı gerçəkləşib. Bu layihənin həyata keçilməsində əsas məqsəd istedadlı gənclərin digər ölkələrdə yaşayan həmyaşıdları ilə daha sıx əlaqələrinin qurulmasına şərait yaratmaq, müxtəlif ölkələrin mədəniyyətlərin əlaqələrini inkişaf etdirməkdir. Dünyanın 41 ölkəsindən 5 yaşdan 15 yaşa qədər rəssamın qatıldığı festivala 3,5 min şəkil təqdim olunub. Azərbaycan müsabiqəyə 100-dən çox əsər göndərib. Azərbaycanlı rəssamlardanon üç yaşlı A. AbbasovQədim daşlar on iki yaşlı T. RasimovMənim vətənimadlı əsərlərinə görə qızıl medala layiq görülüblər. Müsabiqənin qran-piri mükafatına isə yaponiyalı Arai HiromiÖzbəkistan üzərindən uçuşadlı əsərinə görə layiq görülüb. Qeyd edək ki, festival nəticəsində qaliblərin işlərindən ibarət kataloq çap olunacaq.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 7 dekabr.- S.7.