Pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinə start verilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı başlayıb. APA-nın məlumatına görə, tədbirlər Bakı Musiqi Akademiyasının 90 akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub. Açılış mərasimində çıxış edən BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, müsabiqə konfransın 2010-cu iliMədəniyyətlərin beynəlxalq yaxınlaşması ilielan edən UNESCO-nun himayəsi altında keçirilməsi ilə əlaqədar olaraq müsabiqənin şərtlərindən biri iştirakçılar tərəfindən Qara Qarayevin əsərləri ilə yanaşı, öz ölkələrinin əsərlərini ifa etmələridir. Açılışda BMA-nın dosenti Mədinə Tuayevanın ssenarisi əsasında çəkilənSöz musiqifilmi nümayiş etdirilib. Film BMA-da hazırlanıb keçirilən elmi-ifaçılıq müsabiqəsi konfransların tarixi haqqındadır. Layihənin müəllifi əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Onun sözlərinə görə, iştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin milli mükafatların sahiblərinin olması müsabiqənin yüksək səviyyəsindən xəbər verir: Müsabiqənin müsbət cəhəti ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan Türkmənistandan olan pianoçular sayəsində Qara Qarayevin fortepiano musiqisinin interpretatorları tədqiqatçılarının sayının artması olacaq”. Qeyd edək ki, dekabrın 6-dan 10-na qədər davam edəcək müsabiqə konfrans Bakı Musiqi Akademiyasının Qara Qarayev adına böyük zalında konfrans zalında keçiriləcək.

 

525-ci qəzet.- 2010.- 7 dekabr.- S.7.