Sabit Rəhmanın 100 illiyi Milli Kitabxanada qeyd edilib

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada, Mədəniyyət Turizm Nazirliyinin Tədbirlər Planına əsasən, Azərbaycan komediya janrının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə həmçinin filologiya elmləri doktoru Bədirxan ƏhmədovunSabit Rəhman: həyatı, mühiti, yaradıcılığı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlananSabir Rəhman 100” kitablarının təqdimatı olub. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Sabit Rəhman yaradıcılığından danışıb, onun məşhur komediyalarla yanaşı, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduzmusiqili komediyasının ssenarilərinin, “Yeddi gözəlbaletinin librettosunun müəllifi olduğunu qeyd edib. Mərasimdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Sabit Rəhmanın komediya janrının ustalarından olduğunu bildirib, onun yazıçı-dramaturq kimi ədəbiyat mədəniyyətimizdəki xidmətlərindən danışıb. Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığıkitabının müəllifi B.Əhmədov görkəmli dramaturqun yazdığı komediyaların rəngarəng mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar S.Rəhmanla bağlı xatirələrini danışıb, onun işıqlı bir şəxsiyyət olduğunu vurğulayıb. Tədbirdə ədəbiyyat sənət adamlarından Çingiz Abdullayev, Aydın Kazımzadə, Amalya Pənahova, İlham Namiq Kamal, dramaturqun nəvəsi digər qonaqlar Sabit Rəhman irsindən, onun şərəfli ömür yolundan bəhs ediblər. Sonda S.Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərindən, özünün həyat yaradıcılığını əks etdirən nəşrlərdən ibarət geniş sərgi tədbir iştirakçılarına təqdim olunub.

 

GÜNEL

525-ci qəzet.- 2010.- 8 dekabr.- S.7.