Milli Qəhrəmanla bağlıMübarizslayd-filminin təqdimatı olub

 

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr tərəfindən hazırlananMübarizadlı slayd-filmin təqdimat mərasimi keçirilib. Film tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyiMübarizpovestinin ssenarisi əsasında hazırlanıb. Tədbiri Akademiyanın dosenti, tarix üzrə fəlasəfə doktoru Firdovsiyyə Əhmədova açaraq, bu cür alovlu ürəyə malik, qəlbi vətən, torpaq eşqi ilə çırpınan gənclərimizin olması ilə qürur duyduğunu bildirib: “Mübariz öz şücaəti ilə bir daha göstərdi ki, biz vətənimizi, canımız bahasına da olsa, yad əllərə verməməliyik”. O qeyd edib ki, Mustafa ÇəmənlininMübarizəsəri qəhrəmana qəhrəmanlığa verilən yüksək dəyərin təcəssümüdür. Siyasi İdarəetmə fakültəsinin dekan müavini Elçin Əhmədov da povestin dolğun bir əsər olduğunu vurğulayıb, Mübariz İbrahimovun igidliyi haqqında fikirlərini söyləyib. Kitabın müəllifi M.Çəmənli öz çıxışında belə bir tədbiri təşkil etdiyi üçün Həmkarlar İttifaqının sədri Yusif Ağayevə Akademiyanın müəllim tələbə heyətinə öz təşəkkürünü bildirib. Müəllif müharibə mövzusunun ona hər zaman yaxın olduğunu diqqətə çatdırıb: “O gecə ki, Mübariz düşmən üzərinə hücuma keçib, mən həmin anda onun hisslərini duymuşam. Elə bilmişəm ki, mən özüm o səngərləri keçib, düşmənlə döyüşmüşəm. Povestdə həmin duyğuları təbii şəkildə canlandırmağa çalışmışam. Mübariz şərəflə yaşadı, şərəf dərsi keçdi bizlərə. Mən inanıram ki, bizim gənclərin əksəriyyəti öz içərilərində Mübarizin hiss etdiyi duyğuları daşıyır”. M.Çəmənli qəhrəmancasına şəhid olan digər iki döyüşçümüzFərid Əhməd haqqında da, onların döyüş həyat yolundan bəhs edən əsər yazacağını bildirib: “Bu kitabın ikinci hissəsi olaraq, mən Fərid Əhməd barədə povest yazıb, çap etdirməyi özümə borc bilirəm”. Sonda müəllifMübarizkitabını təmənnasız nəşr etdiyi üçünTəhsilnəşriyyatının baş direktoru Bəhruz Axundova öz təşəkkürünü bildirib. Tədbir Akademiyanın tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

 

GÜNEL

525-ciqəzet.- 2010.- 9 dekabr.- S.7.