Sazın Ədaləti, Ədalətin sazıadlı mərasim təşkil edilib

 

Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılıq gecəsi keçirilib. “Sazın Ədaləti, Ədalətin sazıadlı tədbir Mədəniyyət Turizm Nazirliyinin Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib ki, tədbirin keçirilməsində əsas məqsəd Aşıq Ədalətin könlünü şad etmək, həm bu sənətin ustadlarını xatırlamaqdır: “Aşıq Ədalət sazı milli müstəvidən çıxararaq, bu sənəti müxtəlif ölkələrdə təbliğ edib. “Qarabağ şikəstəsideyiləndə Xan Şuşinski, “Sona bülbüllərdeyiləndə Qədir Rüstəmov yada düşdüyü kimi, “sazdedikdə Aşıq Ədalət, “Aşıq Ədalətdedikdə saz yada düşür. Aşıq sənəti tarixində elə bir aşıq olmayıb ki, ona Ədalət qədər şeirlər həsr olunsun. Aşıq Ədalət sazı qədər gözəl çalırsa, şeiri o qədər gözəl oxuyur, mən Ədalətisazın şahıadlandırıram”. Çıxışından sonra Zəlimxan Yaqub ilk olaraq, Aşıq Ədaləti onun yetirməsini səhnəyə dəvət edib. TədbirdəYeddi oğul istərəmfilmində Aşıq Ədalətin ifasındaYanıq Kərəminin sədaları altında Cəlalın ölümü epizodu nümayiş olunub. Daha sonra aşıqlardan Fəzail Misginli, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Ramin Qarayev, Avdı Musayev, İmaməli Budaqov, Cahangir Quliyev, Vüqar Mahmudoğlu, Bəhmən Göyçəli, İlham Astanbəyli, Fazil Təmiri digərləri çıxış edərək, Aşıq Ədalət haqqında fikirlərini bölüşüb, ifalar səsləndiriblər.

 

HÜSNİYYƏ

525-ci q.zet.- 2010.- 9 dekabr.- S.7.