Miras” “Zubroffkakinofestivalında ikinci yeri tutub

 

Dekabrın 1-dən 5-nə qədər Polşada keçirilən BeynəlxalqZubroffkakinofestivalı başa çatıb. Azərbaycanlı rejissor Fariz Əhmədovun çəkdiyiMirassənədli filmi kinofestivalda ikinci yer üçün diploma pul mükafatına layiq görülüb. 5 bölmədə gerçəkləşən festivaldaMirasfilmiŞərqə pəncərəbölməsində ölkəmizi təmsil edib. Ümumilikdə isə festivalın bu ilki proqramında mükafatlar uğrunda 25-dən artıq ölkənin 67 filmi mübarizə aparıb. Qeyd edək ki, “Mirassənədli filmi Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalındaKinematoqrafiya sənətinə sədaqətə görədiplomunu ilə təltif olunub. Xatırladaq ki, 2010-cu ildəBir addım” film studiyasında istehsal olunanMirasfilminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov Zakir Musayevdir.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 9 dekabr.- S.7.