Fəridə Hacıyevanın “Hu, Mevlam, hu” kitabı
işıq üzü
görüb
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin
üzvü, M.F.Axundzadə
adına Milli Kitabxananın dövri mətbuat bölməsinin
müdiri Fəridə
Hacıyevanın “Hu, Mevlam, hu...” adlı kitabı nəşr edilib. “Adiloğlu” nəşriyyatında
çap olunan kitabın redaktoru Nazlı Şahbazova, bədii redaktoru Murad Əsədovdur. Kitabın əvvəlində
müəllif haqqında
oxucuya məlumat verilib. Filologiya elmləri doktoru,
professor Maarifə Hacıyeva “Əlvan sətirlər” başlıqlı
yazısında qədim
dövrlərdən günümüzə
qədər ədəbiyyatımızda
qadın şairələrin
müstəsna rolundan
bəhs edərək,
bu sırada istedadlı şairə Fəridə Hacıyevanın
da özünəməxsus
mövqeyindən yazır:
“XII əsrdən üzü
bu yana Azərbaycan
poeziyasını zənginləşdirən,
adları ədəbiyyat
tariximizdə iftixarla çəkilən neçə-neçə
qadın şairələrimiz
var. Fəlsəfi və tarixi
anlam daşıyan tək ikicə misrası ilə poeziyamızın ədəbi
salnaməsinə daxil
olan münəvvər
və zəkalı şairlərimiz olduğu
kimi, bu gün imzası neçə-neçə kitablarda
görünən münəvvərlərimiz
ədəbiyyatımızın şeir deyilən şərəfli və ağır
yükünü öz
zərif çiyinlərində
daşıyır. 1998-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü olan, dövri mətbuatda, televiziya və radioda müntəzəm olaraq şeirləri ilə oxucu və dinləyicilərin
görüşünə gələn
Fəridə Hacıyeva
“Gül açan xatirələr”, “Ümid
çırağı”, “İtirilmiş
yurd yeri” kimi bir neçə
pyesin, rumın şairi M.Eminoskodan etdiyi tərcümələrdən
ibarət “Ulduzlardan pay istərəm” kitabının müəllifi
olmaqla bərabər “Araz”, “Məhsəti Gəncəvi”, “Qızıl
qələm” fəxri
mükafatlarına layiq
görülüb”.
M.Hacıyeva kitabın
yaranma tarixini də oxucularla paylaşıb: “ Hu, Mevlam, hu” Fəridə xanımın
oxucuları ilə yenidən görüşüdür.
2006-cı ildə Türkiyənin
Konya şəhərinin
Səlcuq Universitetində
“Mevlana və Mevlevilik” simpoziumunda iştirak edən Fəridə xanımın
XIII əsr Türk dünyasının böyük
mütəsəvvifi, Tanrı
aşiqi və insan dostu olan Həzrət
Mövlanə Cəlaləddin
Rumiyə olan mənəvi borcunu ifadə edən bir çox şeirləri onun “Hu, Mevlam, hu”
kitabında toplanmışdır”.
İncəsənət xadimi,
xəttat Mehmet Rıhtım “Celaleddin Ruminin izi ile”
yazısında Fəridə
Hacıyevanın şeirlərini
oxuyan zaman insanın özünü Mövlananın
hüzurunda hiss etdiyini yazır. Kitabdakı şeirlər
“Hu, Mevlam, hu”, “Özümlə söhbət”, “Gözəlliyin
işində”, “Dördlüklər”
adlı başlıqlar
altında qruplaşdırılıb.
Fəridə Hacıyevanın
şair dünyası
həzinlik, kövrəklik
və incəlik üstündə köklənib.
Qadın qəlbinin incəliyi bu kitabdakı şeirlərdə
də öz əksini tapıb.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.17.