Bədən Tərbiyəsi və İdman Akademiyasının
80 illik yubileyi qeyd olunub
Dünən
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
80 illik yubileyi münasibətilə sözügedən
ali təhsil müəssisəsində tədbir
keçirilib. Tədbirə
bu təhsil müəssisəsinin müəllim-professor
heyəti, gənclər
və idman naziri Azad Rəhimov,
təhsil naziri Misir Mərdanov, millət vəkilləri, digər ali təhsil müəssisələrinin
rəhbərləri qatılıblar.
Yubiley tədbirində
çıxış edən gənclər və idman naziri
Azad Rəhimov deyib ki, Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası 1930-cu ildə
yaradılıb və Cənubi Qafqazda ilk dəfə
bədən tərbiyəsi üzrə ali təhsilli kadrlar
hazırlayan müəssisə olub. O, bu
ali təhsil ocağının hazırda
ölkədə idmançı
kadrların yetişdirilməsində
böyük rolu olduğunu söyləyib,
Akademiyaya gələcək
fəaliyyətində uğurlar
arzulayıb. Təhsil
naziri Misir Mərdanov ali təhsil müəssisələrinin
yubileylərinin qeyd olunmasına hazırda dövlət səviyyəsində
diqqət ayrıldığını
bildirib. M.Mərdanov
qeyd edib ki, indiyə qədər idmançılarımızın
nüfuzlu yarışlarda
ortaya qoyduqları nailiyyətlər Dövlət
Bədən Tərbiyəsi
və İdman Akademiyasına verilən bir qiymətdir: “Ölkədə öz ənənələri və
uğurları ilə
şöhrət qazanaraq
yarandığı vaxtdan
xalqın xidmətində sədaqətlə dayanan,
bədən tərbiyəsi
və idman üzrə mütəxəssislər
hazırlayan yeganə
ali məktəb olan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının 80 illik
tarixi var. Əsası 1930-cu ildə
qoyulan və cənubi Qafqazda bu tipli yeganə
olan ali məktəb ilk dəfə
39 nəfər bədən
tərbiyəsi və
idman mütəxəssisi
bitirib. İlk illər institutda 11 kafedra yaradılmışdır.
1969-cu ildə ümummilli
lider Heydər Əliyevin ölkəyə
rəhbər seçildiyi
ildən institut üçün yeni binanın tikintisinə başlanıb və
1972-ci ildə onun açılışı
olub. 70 il ərzində Azərbaycanda
bədən tərbiyəsi
və idmanın inkişafında bu ali təhsil ocağının xidmətləri
böyükdür. Akademiya
təkcə idmançılar
hazırlamayıb, bura
həm də böyük elmi-pedaqoji mərkəz olmuşdur. Ali məktəbdə idman və bədən
tərbiyəsi sahəsində
əsaslı tədqiqatlar
aparılıb, metodiki
tövsiyələr işlənib
hazırlanıb. Bu gün Akademiyada 200 nəfərdən professor-müəllim
heyəti çalışır.
Azərbaycanın Olimpiya
hərəkatında irəliləyişi
1997-ci ildən, Dövlət
Neft Şirkətinin I
vitse-prezidenti canab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi dövrdən
sonra baş verib. Olimpiya oyunlarına lisenziya qazanan 31 idmançıdan
23-ü Akademiyanın tələbələri
və məzunları
olub. Məzunlardan Namiq Abdullayev
sərbəst güləş,
Zemfira Meftahəddinova
stend atıcılığı
üzrə Sidney Olimpiadasının çempionu
olub, Vüqar Ələkbərov isə
Azərbaycan boks tarixində ilk dəfə olaraq bürünc medal qazanıb. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb
və o, ölkədə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış
qaydalarını gənclər
arasında, ümumiyyətlə,
əhali arasında təbliğ etməyi öz üzərinə götürub”. Nazir Təhsil Nazirliyinin kollegiyası adından ali təhsil ocağına təbrik məktubu ünvanlandığını
nəzərə çatdırıb.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev isə bildirib ki, Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunan müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkənin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Rektor qeyd edib ki, Akademiyanın müəllimləri 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalənin müəllifidirlər. Son illərdə Akademiyada bədən tərbiyəsi sahəsində gənc elmlər namizədlərinin sayı xeyli artıb. Sonra prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı və əməkdar müəllim fəxri adı ilə təltif olunan idman xadimlərinə müvafiq mükafatlar verilib.
Sevinc
QARAYEVA
525-ci
qəzet.- 2010.- 11 dekabr.- S.2.