Alim şair ömrünün işıqlı izləri

 

Azərbaycanın tanınmış ziyalılarından olan şair alim-pedaqoq Əjdər Qiyaslının (Əsgərov Əjdər Xanlar oğlu) 75 yaşı tamam oldu. O, 1935-ci il dekabrın 13-də Qarabağın axar-baxarlı, dilbər guşələrindən birindəAğdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Orada təhsilini uğurla başa çatdırıb. 1960-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı Təşkili İnstitutunda elmi işçi vəzifəsində işləməyə başlayıb. Həmin institutda aspiranturaya daxil olub, dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1967-ci ilin sentyabrından indiki Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləməyə başlayıb. İndi 44 ildə yaxındır ki, oradaİqtisadi nəzəriyyəfənnindən dərs deyir.  Əjdər Qiyaslı 50 ildən çoxdur ki, elmi-pedaqoji ədəbi sahədə çalışır. Onun iqtisadiyyatın aktual problemlərinə dair 8 kitabı, 85-dən çox elmi əsəri, 150-dən artıq elmi-publisist məqalələri çap olunub. “İqtisadi bilik bolluğun açarıdırbaşlığı altında çap olunan çoxsaylı seriya məqalələri iqtisadçılarda cəmiyyətdə dərin maraq doğurub. 50 çap vərəqi həcmindəİqtisadi nəzəriyyə 26 çap vərəqi həcmindəİqtisadi təlimlər tarixidərsliklərinin müəlliflərindən biridir. O, “Nizami Gəncəvinin iqtisadi görüşlərimövzusunda doktorluq dissertasiyası üzərində işləyir. M.F.Axundovun, C.Cabbarlının S.Vurğunun iqtisadi fikir dünyasına dair yazdığı İqtisadiyyatqəzetində çap etdirdiyi elmi məqalələri iqtisadi irsimizi tədqiq etmək baxımından çox dəyərlidir.  

Əjdər Qiyaslının yaradıcılığı qoşa qanadlıdır. O, yalnız kamil iqtisadçı, alim-pedaqoq deyil, həm istedadlı şair kimi tanınır. Hələ 1954-cü ildə, orta məktəbdə oxuyandaVətənimdiradlı ilk şeiri mətbuatda işıq üzü görüb. İndiyədəkDoğma torpaq”, “İnsanlara inanmıram”, “Günəşli nəğmələr”, “Yaxşı adam görəndə”, “Ömür karvanı”, “Ömrün qoşa qanadı”, “Mənim dünyam”, “Yaşanan günlər” “Səmalardan gələn səda”, “Yaradan yaşayır, yaranan qalır”, “Dünyanı yaşadan Günəşİqtisad elminin kəhkəşanındaadlı 12 şeirlər kitabı nəşr edilib, qəzet jurnallarda 350-dən çox şeiri çap olunub. Şairin şeirlərinə S.Ələsgərov, R.Mirişli, M.Əhmədova, C.Quliyev kimi görkəmli bəstəkarlar mahnı bəstələyiblər. Onun şeirləri Türkiyədə, Təbrizdə, Moskvada, Daşkənddə çap olunub.  

Əjdər Qiyaslı ilk dəfə olaraq “Dünyanın himni”ni yazıb, onu 3 dildə – Azərbaycan, rus və ingilis dillərində çap etdirib, himnin sözlərinə tanınmış bəstəkar C.Quliyev mahnı bəstələyib. Bədii yaradıcılığına görəArazAli Ədəbi mükafatı Qızıl Qələmmükafatı laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin fəal üzvüdür. Şərəfli ömür yolu keçmiş Əjdər Qiyaslı bu gün gənclik eşqilə yazıb-yaradır. Dəyərli alim şairimizi 75 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni nailiyyətlər arzulayırıq.

 

GÜNEL

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.7.