Xalq yazıçısı Anar
və xalq şairi Fikrət Qoca ilə Ağcabədidə
görüş keçirilib
Bugünlərdə Ağcabədidə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını
daşıyan Qarabağ
Muğam Mərkəzində
Azərbaycan Yazıçılar
birliyinin sədri, xalq yazıçısı
Anar və Yazıçılar Birliyinin
I katibi, xalq şairi Fikrət Qoca ilə oxucuların
görüşü olub.
Görüşə adıçəkilən
bölgənin ziyalıları,
yazarlar, müəllim
və tələbələr
qatılıb. Yığıncağı giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahid
Məmmədov qeyd edib ki, xalq
yazıçısı Anar
və xalq şairi Fikrət Qoca Azərbaycan ədəbiyyatının inkişafında
xüsusi rola malik olan sənətkarlardır.
Hər iki söz ustası eyni zamanda Yazıçılar
Birliyinin rəhbəri
kimi söz sahiblərinin problemlərinin
həll edilməsində,
gənc yazarların qayğı və diqqətlə əhatə
olunmasında müstəsna
xidmətlər göstərir.
Onların diqqət və qayğısı sayəsində Yazıçılar
Birliyi Qarabağ bölməsinin fəaliyyəti
də xeyli canlanıb, yeni yaradıcı ədəbi
mühit formalaşıb.
Bu baxımdan, bugünkü görüş
də mühüm əhəmiyyət kəsb
edir. Yazıçılar Birliyi Qarabağ
bölməsinin rəhbəri
şair Ənvər Əhməd, Azərbaycan Müəllimlər İnstitutu
Ağcabədi filialının
müəllimi Qərənfil
Rzayeva, gənc yazarlar Məshəti, Gündüz Sevindik, Ağcabədi şəhər
3 saylı oprta məktəbinin direktoru Tofiq Zeynalov çıxış edərək Anar və
Fikrət Qoca yaradıcılığının dəyərlərindən söz
açaraq öz fikir və mülahizələrini
bildiriblər. Çıxışlarda
bu cür görüşlərin tez-tez
keçirilməsinin vacibliyi
də vurğulanıb.
Gənc şairlərin
ifa etdikləri şeirlər iştirakçılar
tərəfindən maraqla
qarşılanıb. Sonra söz
alan Fikrət Qoca və Anar
son vaxtlar Ağcabədidə həyata
keçirilən quruculuq
və abadlıq işlərinin geniş vüsət aldığını
qeyd edərək qeyd ediblər ki, rayon icra
hakimiyyəti tərəfindən
digər sahələrdə
olduğu kimi, bədii yaradıcılığa, şair və yazıçılara,
xüsusilə də gənc yaradıcılara diqqət və qayğı artırılıb.
Bildirilib ki, rayon icra hakimiyətinin
başçısı Şahin
Məmmədovun dəstəyi
ilə bir neçə gənc yazarın kitablarının
işıq üzü
görməsi təqdirəlayiq
hadisədir. Yazıçılar
Birliyi də öz növbəsində
bu istiqamətdə tədbirlərin həyata
keçirilməsini nəzərdə
tutub. Hörmətli qonaqlar böyük qayğı və məhəbbətlə qarşılandıqlarına
görə rayon rəhbərliyinə, bütün
ağcabədililərə öz minnətdarlıqlarını
bildiriblər.
Görüş geniş konsert proqramı ilə başa çatıb.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.-
2010.- 14 dekabr.- S.7.