Nəbi Xəzri yad edilib

 

Səməd Vurğunun ev-muzeyində mərhum xalq şairi Nəbi Xəzrinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, yazıçı-publisist Nahid Hacızadə Nəbi Xəzrinin 60 illik ədəbi fəaliyyəti unudulmaz şəxsiyyəti barədə fikirlərini bölüşüblər: “Nəbi Xəzrinin yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Bu ölməz şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək gözəl poeziya nümunələri yaradıb. Bununla da ədəbi dilimizin inkişafında əhəmiyyətli rol oynayıb. Nəbi Xəzri irsi gənclərin yaradıcılığına hər zaman örnəkdir gələcək nəsillərə bu irsin çatdırılması olduqca vacibdir”. Tədqiqatçı-publisist, vurğunşünas Şəmistan Nəzirli, şairə Nurəngiz Gün bəstəkarların N.Xəzri şeirlərinə tez-tez müraciət edib gözəl mahnılar bəstələdiklərini bu əsərlərin görkəmli sənət ustalarıxalq artistləri Şövkət Ələkbərovanın, Rəşid Behbudovun başqalarının repertuarında mühüm yer tutduğunu dilə gətiriblər. Onlar şairin irsinin bu baxımdan da xüsusi önəm daşıdığını vurğulayıblar. Tədbirdə ədəbiyyatşünas alim Fəridə SəfiyevanınNəbi Xəzrinin sənətkarlığıkitabının təqdimat mərasimi gerçəkləşib. Mərasimdə əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Rəşad İlyasov, Mehri Arifqızı şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriblər. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbəsi Vurğun Vəkilov fortepianoda Şopenin “Vals”ını özünün bəstələdiyi “Elegiya” ifa edib, muzeyin əməkdaşı Mələk Musayeva Səməd VurğununSözşeirini söyləyib, Nəbi Xəzrinin Səməd Vurğun haqqında vaxtilə qələmə aldığı xatirələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirin sonunda şairin övladlarıGülümsər Babayeva Arzu Babayev atalarının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.7.