Ulduzun noyabr sayı oxuculara təqdim olunub

 

Ulduzədəbi-bədii jurnalın növbəti sayı çapdan çıxıb. Toplunun ilk səhifələrində Rüstəm Kamalın tanınmış yazıçı Kamal Abdullanın 60 illik yubileyi münasibətilə yazdığıX.L.Borxes Kamal Abdulla: Kitabxana əlyazmabaşlıqlı məqaləsi yer alıb. Poeziyaguşəsinə Barat Vüsalın, Rəsmiyyə Sabirin, Avdı Qoşqarın, Xasay Mehdizadənin, Mina Rəşidin, Mir Sədi Mirlərin, Aysel Fikrətin, Şakir Albalıyevin, Oqtay Rzanın, Günel Şamilqızının, Nizami Muradoğlunun, Qədiməli Əhmədin, Rahil Məmmədin, Güləmail Muradın şeirləri və Sərvaz HüseynoğlununSeladlı lirik poeması daxil edilib. ToplununNəsrbölməsində Günel Rüstəmlinin qələmə aldığı esselər, Bayram İsgəndərlinin “102-ci qəbir”, Təranə ŞərqininGizli qapılar”, Səfər KəlbixanlınınXoşqədəm nənənin ölümü”, Vaqif İsaqoğlununBorc”, “Qəbristanlıqdahekayələri öz əksini tapıb. Buludxan XəlilovunMillətin dili onun ruhudurbaşlıqlı məqaləsində dilin insan həyatındakı müstəsna rolundan bəhs olunub. Fərqanə MehdiyevaBir buludamdan damlalaryazısında şairə Aysel Fikrətin şeirlər toplusu haqqında təəssüratlarını bölüşüb. Seyran KazımoğluDuyulan şairyazısında Oqtay Rzanın yaradıcılığına diqqət yetirib.

 

GÜNEL

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.7.