IV Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb

 

Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli açılış mərasimi gerçəkləşib. Tədbir Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir HacıbəylininKoroğluoperasının uvertürası ilə açılıb. Daha sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayev festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç mərasimi açıq elan ediblər. Əbülfəs Qarayev festivalın keçirilməsinin mühüm məqsədlərlə bağlı olduğunu deyib: Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Rostropoviç Fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi Mstislav Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını həyata keçirməkdir. Festivalın Azərbaycan xalqının ümummilli lideri, Mstislav Rostropoviçin əziz dostu Heydər Əliyevin xatirə günündə açılması heç təsadüfi deyil. Bununla biz bu iki dahi şəxsiyyətin xatirəsini birlikdə yad etmək qərarına gəldik. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu Beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı ovqatı yaradır”. Festivaldan danışan nazir burada təmsil olunacaq ölkələr haqqında məlumat verib: Yeddi gün davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli musiqiçilər kollektivlərYuri Başmet Moskva solistlərikamera ansamblı, Zubin Meta İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın opera mərkəzi, Maksim Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder başqaları iştirak edəcəklər. Əminəm ki, konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Uşaq-Gənclər Simfonik Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları da maraqla qarşılanacaq”. Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç budəfəki festivalın əvvəlkilərdən fərqləndiyini dilə gətirib: “Əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq layihə daha genişmiqyaslıdır əvvəlki festivalların zirvəsi sayıla bilər. Çünki bu festivalda dünyanın ən məşhur musiqiçiləri iştirak edəcəklər”. Bakını doğma şəhəri hesab etdiyini bildirən Olqa Rostropoviç onun sənətinə göstərilən qayğı ehtirama görə Azərbaycan xalqına, ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, ecazkar musiqi dinləmək istəyən bütün bakılıları qonaqları festival çərçivəsində keçiriləcək tədbirlərə dəvət edib. Filarmoniyanın foyesində M.Rostropoviçin Heydər Əliyevlə görüşlərini əks etdirən fotosərgi nümayiş olunub. Xatırladaq ki, festival dekabrın 19-dək davam edəcək.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.7.