Dillər Universitetində Milli Tempus İnformasiya Günü ilə bağlı konfrans keçirilib

 

Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, millət vəkili Səməd Seyidov, təhsil naziri Misir Mərdanov, təhsil nazirini müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi, Tempus proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Professor S.Seyidov TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib universitetin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdən bəri səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. O, TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib. Rektor bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. S.Seyidov əlavə edib ki, layihənin büdcəsi 1 milyon 100 min avro təşkil edir. Təhsil naziri Misir Mərdanov isə çıxışında Avropa İttifaqının Tempus proqramında Azərbaycanın iştirakından danışıb. Tempus Proqramının fəaliyyət tarixinə toxunan təhsil naziri bildirib ki, proqram 1990-cı ildə icra olunsa da Azərbaycan bu proqrama 1995–ci ildən qoşulub 22 layihədə iştirak edib. Dillər Universitetinin Tempus proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən M.Mərdanov universitetin Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu vurğulayıb: “Dillər Universitetinin layihənin koordinatoru seçilməsi Azərbaycan təhsilinin uğurudur. Bu, bir daha onu göstərir ki, Azərbaycan Dillər Universiteti Avropaya inteqrasiya, eləcə digər məsələlərdə ölkənin aparıcı ali təhsil ocağıdır. Son 20 ildə Azərbaycan 22, Gürcüstan 31, Ermənistan isə 36 layihənin iştirakçısı olub. Buna etiraz etmək asandı. Bu məsələdə əsas günahkar bizik. Bizim xalqın çoxsaylı müsbət cəhətləri var. Ancaq biz danışmağı, yazmağı, oxumağı, əlavə təhsil almağı o dərəcədə sevmirik. Ermənistan Gürcüstanın həm əhalisi, həm ərazisi Azərbaycandan azdır. Ancaq onun Avropa İtiifaqına təqdim etdiyi layihələr bizimkindən çoxdur. Burada bir az da Avropa Birliyinin ikili standartları mühüm rol oynayır. Çünki Avropa ölkələri heç Azərbaycan, Ermənistan, Gürcüstana eyni münasibət bəsləmir. Biz daha çox görməliyik ki, bu istiqamətdə nəsə edə bilək. Tələb edirəm ki, bu işdə təhsil ictimaiyyəti fəal olsun ki, indiyə kimi etdiyimiz səhvləri gələcəkdə təkrarlamayaq”. Təhsi naziri həyata keçirilən layihənin Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcəyini vurğulayıb. M.Mərdanov Avropa İttifaqının Təhsil komissarlığı ilə birbaşa təmasların qurulmasının vacibliyini bildirib. Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumla əlaqələrindən söhbət açıb. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirib. Onun sözlərinə görə, proqram Azərbaycan Avropa təhsil müəssisləri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək. Tədbirin davamında Milli Tempus Ofisinin rəhbəri Pərviz BağırovunAzərbaycanda Tempus Milli Tempus Ofisinin roluAvropa Birliyinin digər proqramlarında Azərbaycan Universitetləri üçün imkanlarmövzularından bəhs edən məruzəsi dinlənilib. Pərviz Bağırov məruzəsində kurrikulum, universitetin idarəolunması, keyfiyyətin təminatı, beynəlxalq münasibətlərin yaradılması, Azərbaycan universitetlərinin proqramda iştirakından geniş bəhs edib. 2010-cu ildə Tempus IV-ün xüsusiyyətləri III təkliflərin nəticələri, eləcə “Tempus proqramına müraciət etmək üçün yeni elektron qaydalarıhaqqında isə Tempus Proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi Franz Steidele məlumat verib. F.Steidele Avropa Birliyinin fəaliyyət proqramları əməkdaşlıq, Avropa təhsil sistemi, eləcə elektron müraciət qaydaları haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Konfrans səslənən məruzələr ətrafında müzakirələrlə yekunlaşıb. Qeyd edək ki, Dillər UniversitetininAzərbaycanda Şifahi Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlaradlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Noyabrın 24-də isə universitetdə TEMPUS proqramı çərçivəsindəAzərbaycanda Şifahi Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlarlayihəsi ilə əlaqədarİlkin məlumatlandırma konfransıda keçirilib.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2010.- 16 dekabr.- S.2.