“Arşın mal alan”ın
HAFİZ QULİYEV: “ALQIŞLARI
EŞİDƏNDƏ QÜRUR HİSSİ
KEÇİRİRDİK Kİ, NƏ YAXŞI, BİZ
AZƏRBAYCANLIYIQ, NƏ YAXŞI, ÜZEYİR HACIBƏYOV
VƏ ONUN ÖLMƏZ ƏSƏRLƏRİ VAR...”
Bu yaxınlarda dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin məşhur “Arşın mal alan”
operettası Belarus Dövlət Akademik Musiqili Teatrında
və Çinin paytaxtı Pekindəki “Tianqiao” teatrında
səhnələşdirilib. Tamaşalara
Azərbaycan Dövlət Opera və Balet Teatrının
baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz
Quliyev quruluş verib. Noyabr ayının
20, 21 və 22-də Belarus Dövlət Akademik Musiqili
Teatrında, 27-28-də Pekində nümayiş olunan
operettanın tamaşasının uğurlu keçdiyini
bildirən rejissor səfər təəssüratlarını
bizimlə bölüşdü.
– Hafiz müəllim “Arşın mal alan”a
yad səhnədə quruluş vermək, istedadı sizə
– Əvvəlcə
həqiqətən də mənə çətin gəlirdi. Düşünürdüm
ki, xarici ölkədir, ola bilər, bizim
əsəri oynamaq onlara çətin gəlsin. “Arşın
mal alan” belaruslar üçün əsl
yenilik idi. İlk dəfə idi ki, onların
səhnəsində belə bir əsərə müraciət
olunurdu. Mən may ayında Belarusiyaya dəvət edildim
və truppanın üzvləri ilə
– Milli geyimlərimizə münasibətləri necə
oldu? “Arşın mal alan”
əsərindəki o millilik elementləri barədə nə
düşünürdülər?
– Onlar üçün çox maraqlı idi bizim milli
geyimlərimiz. Özləri də
istəyirdilər ki, hər şey Azərbaycan koloritinə
uyğun olsun. Əlbəttə ki, əsas iş
aktyorların üzərinə düşürdü. Fikirləşirdim, bəlkə aktyorlar
üçün çətinlik yarana bilər. Çünki burada rəqslər, jestlər,
baxışlar var ki, hamısı onlara yad idi və
Azərbaycan ruhunda olmalıydı. Ancaq
düşündüyüm qədər də çətin
alınmadı. Xoreoqraf Azərbaycandan
getmişdi, rəqsləri xalq artisti Mədinə Əliyeva
qurmuşdu. İlk məşqlərdə
onlar bir qədər çətinlik çəkirdilər,
hərəkətləri götürə bilmirdilər. Amma əsas məsələ onda idi ki, bu
əsəri çox sevdilər. Çox
sevgi ilə yanaşdılar bu əsərə.
Bəlkə də sıradan bir iş kimi baxılsaydı,
tamaşanın alınması çətin olardı. Amma bu tamaşada üç məşqdən sonra
artıq daxilən hazır idilər. Mən artıq
mizan məşqlərində onlara aydınlaşdıranda ki,
“Arşın mal alan” necə
yazılıb, müəllifi kimdir, Üzeyir bəyin
Azərbaycan mədəniyyətindəki xidmətləri
haqqında ümumi məlumat verəndən sonra bu
əsər onlara bir qədər də doğmalaşdı. Əslində onlar Rəşid Behbudovun
oynadığı filmə də baxmışdılar. Xoşlarına gəldiyini bildirmişdilər.
Biz mizan məşqlərində tamamilə o
xırdalıqları aydınlaşdırdıqca, Soltan
bəy necə olmalıdı, bəy qızı necə
davranmalıdır, Əsgər bəy kimdir, bu barədə
söhbət apardıqca onlara daha da maraqlı gəlirdi.
– Sizcə, tamaşanın uğurlu alınması ən
çox nədən asılı idi?
– Pərdə açılan kimi onlar deyirdilər ki,
nə yaxşı bu tamaşa elə bu cür, milli
koloritlə qurulub. Baxan kimi Azərbaycan
elementlərini, Azərbaycan ab-havasını duymaq olurdu.
Əslində tamaşanın uğuru da ən
çox elə bununla bağlı idi. Hətta
tamaşaçılardan bir neçəsi mənə
yaxınlaşıb dedi ki, xahiş edirik, bu cür
əsərlərə toxunmayasanız, necə varsa, elə
də səhnələşdirəsiniz. Təsəvvür
edin, noyabrın 20-də, tamaşaya ictimai baxış
zamanı zalda boş yer yox idi. Noyabrın
21-də əsas premyera oldu. Həmin
premyerada bizim iki solistimiz iştirak edirdi. Fərid
Əliyev Əsgər bəyi, İnarə Babayeva
Gülçöhrəni oynayırdı. Beynəlxalq
layihə olduğu üçün biz belə
düşünmüşdük ki, Azərbaycandan da əsas
rolları oynayan iki nəfər getsin.
– Bizim aktyorların ifasını orada necə
qarşıladılar?
– Çox bəyəndilər. Aktyorlarımız
da sağ olsunlar ki, çox ürəklə ifa etdilər
rollarını. Onların
çıxışı zalda böyük bir rezonans
doğurdu. Ölkəmizin Belarusdakı
səfiri Əli Nağıyev bir çox diplomatik
nümayəndələri tamaşaya dəvət etmişdi.
Belarusun mədəniyyət naziri, yerli
ziyalılar zalda əyləşmişdilər. Eyni zamanda Azərbaycandan da dövlət və
sənət xadimləri getmişdilər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva, xalq artisti, rejissor Azərpaşa
Nemətov, əməkdar incəsənət xadimi Sərdar
Fərəcov, xalq artisti Səyavuş Kərimi də
tamaşaya baxmağa getmişdilər. Tamaşanın
belaruslar tərəfindən bu qədər sevilməsi, zalda
yaranan anşlaq, təbii ki, hər birimizi çox sevindirdi.
Əlbəttə ki, bu, Üzeyir bəy
musiqisinin, onun möhtəşəm
yaradıcılığının növbəti
qələbəsi idi.
– Tamaşanın
Çində oynanılması necə həyata keçdi?
– Elə alındı ki, paralel olaraq, mən
Mədəniyyət və Turizm Nazirliyinin xəttilə,
Azərbaycanın Çindəki səfiri Yaşar Əliyevin
təşəbbüsü əsasında Çinə
getməli oldum. Pekində də “Arşın mal alan” əsəri səhnəyə qoyuldu. Çox maraqlıdır ki, 1959-cu ildə artıq
bir dəfə Çin səhnəsində bu əsər
oynanılıb. O tamaşada Əsgər və Vəli
rollarını ifa edənlər də bu dəfə
tamaşaçılar arasında idi. Hətta
onlar mənə yaxınlaşıb xeyli söhbət
etdilər. Azərbaycan dilində məni
salamladılar. Rəşid Behbudovu
xatırladılar. Əsgər rolunu oynayan
aktyor mənə bir proqram göstərdi, proqramda onu
Rəşid Behbudova çox oxşatmışdılar. Qrimi elə ustalıqla etmişdilər ki,
həqiqətən də Rəşid Behbudova xeyli
bənzəmişdi.
– Hafiz müəllim,
– Mənim Çin
teatrından, onların səhnəyə qoyduqları
tamaşalardan əvvəlcədən xəbərim vardı. Bilirdim ki,
onların çox qədim teatr ənənələri,
qoyduqları tamaşaların özünəməxsus
quruluşları olur. Ancaq
düşünürdüm ki, onlar üçün həm
dil baxımından, həm ənənə cəhətdən
bu tamaşa xeyli çətin olar. Dil
baryeri vardısa da, məşqlər zamanı yanımda
tərcüməçi olurdu. Bir də ki, dünyada
beynəlxalq teatral dil anlayışı var. Bu dillə
dünyanın hər yerində teatr, kino xadimləri bir-birini
iş zamanı rahat anlayırlar. Peşəkar
kollektivlə işləyəndə teatral dil həmişə
köməyə gəlir. Xüsusi
terminlər, anlatma, ifadə vasitələri var ki, bu da
mənə çox kömək etdi. Çindəki
aktyorlar arasında İtaliya, Rusiya, Amerika
konservatoriyalarını bitirənlər vardı. Bir gün tərcüməçi
xəstələndi, gəlmədi. Təsəvvür
edin ki, biz 11 saat tərcüməçisiz məşq etdik.
Bir-birimizi tərcümə olmadan başa
düşdük və çox maraqlı bir məşq
alındı. Əlbəttə,
bütün bunlar ilk növbədə əsərə olan
sevgidən, aktyorların yüksək peşəkarlıq
səviyyəsindən irəli gəlirdi.
–Musiqilərdə necə o milli çalarları
ifadə edə bilirdilərmi? Tarın səsini
nə ilə əvəzlədiniz?
– Bu barədə də problem olmadı. Buradaca
qeyd edim ki, həm Belarusda, həm də Çində
tamaşanın dirijoru qadın idi. Hər
ikisi Azərbaycanın musiqi mədəniyyətini internet
vasitəsilə, xüsusi kitablarla qısa vaxt ərzində
lazımi qədər öyrənə bilmişdilər.
Dirijorların məlumatı olduğu
üçün o incəlikləri ifaçılara da
çox asanlıqla başa sala bilirdilər. Tarın səsinə gəlincə, orada Tellinin
muğam oxuması səhnəsi olmadı. Ancaq tarda səslənmiş Azərbaycan
musiqilərini fonoqram vasitəsilə verdik. Bu da çox maraqlı alındı. Düzdür, yalnız Azərbaycan
sənətçilərinin ifa edə biləcəyi
məqamlar vardı ki, çinlilər onları
bacarmırdılar. Amma ümumilikdə
çalışırdılar ki, üzərlərinə
düşən işi layiqincə yerinə yetirə
bilsinlər.
– Məşqlər zamanı nə kimi maraqlı
hadisələr baş verdi?
– Belə hallar çox olurdu. Belarusda məşqlər zamanı Süleyman bəy rolunun ifaçısı səhnəyə çıxanda hər dəfə Soltan bəyi oynayana Süleyman bəy deyirdi, hər dəfə də qəribə bir jestlə əlini alnına vururdu, yəni ki, “yenə də çaşdım”. Bu hal inanılmaz dərəcədə gülüş doğururdu. Hətta mən həyəcan keçirirdim ki, birdən tamaşa zamanı da bu hadisə təkrarlanar, ancaq hər şey qaydasında oldu. Xala rolunu oynayan aktrisanın Azərbaycan xanımının obrazını yaratmağa çalışması çox gülməli alınırdı. Əsərdə Xalanın “yumşalması” səhnəsi ki var, onu “russayağı” oynayırdı. Biz ona başa saldıq ki, bu hərəkətlər azərbaycanlılara xas tərzdə olmalıdı. Çətinliklə də olsa, alındı. Çox maraqlıydı ki, tamaşa boyu bütün frazalar zalda gülüş doğururdu. Sona qədər zalda bir dəqiqə də gülüş səsi kəsilmədi.
– Əcnəbi aktyorların ifasından nə dərəcədə razı qaldınız?
– Əsasən razı qaldım. Belarusda ilk dəfə belə bir möhtəşəm Azərbaycan tamaşası səhnəyə qoyulurdu, Çində 51 ildən sonra “Arşın mal alan” oynanılırdı, bu, olduqca mühüm hadisələrdi. Aktyorların ifaları və ümumilikdə tamaşalar çox uğurlu alındı. Alqışları eşidəndə qürur hissi keçirirdik ki, nə yaxşı, biz azərbaycanlıyıq, nə yaxşı, Üzeyir Hacıbəyov və onun ölməz əsərləri var və bizim musiqiyə başqa ölkələrdə bu qədər rəğbət bəslənilir. Mən bu əsəri Ankarada, Samsunda, Moskvada da səhnəyə qoymuşam, hər yerdə tamaşa yüksək səviyyədə qarşılanıb. Buna görə, təbii ki, Üzeyir bəy dühasına minnətdar olmalıyıq.
Günel
CABİRQIZI
525-ci
qəzet.- 2010.- 17 dekabr.- S.7.