Kinooperator Kənan Məmmədovadlı kitabın təqdimatı olub

 

 Azərbaycan Kinematoqrafçılar İttifaqında əməkdar incəsənət xadimi Aydın KazımzadəninKinooperator Kənan Məmmədovadlı kitabının təqdimat mərasimi gerçəkləşib. Mərasimdə çıxış edən müəllif Aydın Kazımzadə kitab haqında məlumat verib: Təqdim olunan bu kitab C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi, respublika Dövlət Mükafatı Laureatı, Avropa Kino Akademiyasının üzvü, tanınmış kinooperator Kənan Məmmədovun həyat yaradıcılıq fəaliyyətinə həsr edilib. Kitabda Kənan Məmmədovun yaradıcılıq yolu ilə yanaşı, zəngin fotoşəkillərlə kino sənəti, onun operatoru olduğu 30-dan artıq bədii sənədli film, neft qaz kəmərlərinin tikintisindəki çəkilişləri haqqında da məlumat yerləşdirilib”. Tədbirdə digər çıxış edənlər ömrünün 30 ildən çoxunu milli kinematoqrafiyaya həsr edən sənətkarın mənalı həyat zəngin yaradıcılıq yolu haqqında xatirələrini bölüşüblər. Onlar istedadlı kinooperatorun müasir dünya kinematoqrafiyasının texniki baxımdan tələblərinə uyğun səviyyədə işləmək üçün həm nəzəri, həm praktik cəhətdən daim öz üzərində çalışan öncül sənətkarlarımızdan biri olduğunu diqqətə çatdırıblar. Sonda Kənan Məmmədov çıxış edərək, kitabın müəllifinə, tədbirin təşkilatçılarına iştirakçılarına təşəkkürünü bildirib.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 17 dekabr.- S.7.