BakıdaTürkdilli xalqların musiqi alətlərimövzusunda beynəlxalq simpozium keçirilir

 

 Muzey MərkəzindəTürkdilli xalqların musiqi alətlərimövzusunda Beynəlxalq simpoziumun açılış mərasimi gerçəkləşib. Mədəniyyət Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev simpoziumun əsas vəzifələrini diqqətə çatdırıb: Türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi fərqli əlamətlərin müəyyənləşdirilməsi, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, musiqi alətlərinin texnologiya akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, ifaçılıq məsələlərinin müzakirəsi, yox olmuş alətlərin bərpası, mühafizəsi digər məsələlər keçirilən simpoziumun başlıca məqsədləridir. Simpozium həmçinin, türk xalqlarının musiqi mədəniyyəti, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilib. Bu işlər türk xalqlarının mədəni irsinin qorunmasına inkişafına, eyni kökdən olan xalqlarımızın biri-birinə daha da yaxınlaşmasına xidmət edir”. Nazir həmçinin, Azərbaycanın musiqi sənətinin qədim tarixə söykəndiyini, bu sənətin böyük inkişaf yolu keçərək milli mədəniyyətimizin əsas daşıyıcılarından birinə çevrildiyin diqqətə çatıdırıb: “Ölkəmizdə mütəmadi olaraq Azərbaycanın musiqi sənəti ilə bağlı müxtəlif tədbirlər, o cümlədən beynəlxalq festivallar, müsabiqələr, tanınmış musiqiçilərin konsertləri təşkil olunur. Ənənəvi klassik musiqinin qorunması tanıdılması ilə yanaşı, paytaxtımızda artıq bir neçə ildir ki, musiqi mədəniyyətlərinin dialoqu keçirilir. Bu da milli musiqimizin təbliğində vacib elementdir”. Tədbirdə çıxış edən TÜRKSOY-un baş direktoru Düsen Kaseinov simpoziumun müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında dialoq prinsiplərin inkişafına, sülh qarşılıqlı anlaşma ideyalarının reallaşdırılmasına yönələcək tövsiyələrin işlənib hazırlanmasına təkan verəcəyinə əminliyini ifadə edib: “Hər bir uğurlu mədəniyyət layihəsi türkdilli xalqların bir-birini yaxından tanıması üçün yeni imkanlar açır. Katibliyin təşkilatçılığı ilə keçirilən tədbirlər ümumi mədəni irsimizin qorunması, inkişafı öyrənilməsi, türk xalqlarının yaxınlaşması, mədəni əməkdaşlığın genişlənirilməsində mühüm rol oynayır”. Tədbir plenar bölmə iclaslarından ibarət olub. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub. Simpoziuma TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa Asiyanın bir sıra alim filosofları da qatılıblar. Dəvət olunan qonaqlar simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış ediblər. Tədbirin ikinci günü M.F.Axundov adına kitabxanada TÜRKSOY tərəfindən nəşr edilən, böyük türkmən şairi Məxdumqulu FəraqininSeçilmiş əsərlərikitabının təqdimatı da nəzərdə tutulub. Kitabı Ramiz Əsgər Azərbaycan dilinə tərcümə edib. Simpozium dekabrın 17-də yekunlaşacaq.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 17 dekabr.- S.7.