Yaxından baxan adam
Əksər adamı
evinə qaytaran axşamların birində,
hətta bir az gecəyə
işləmiş vaxtlarda
şair dostum Rizvan Nəsiboğlu zəng elədi. Təbii ki, hər kəsi
“Alo”sundan tanıyıram.
(Rizvanı məxsusi.)
Onun xırıltılı
səsi, bir az tələskən
nitqi, bir də Qarabağlı ləhcəsi var. (Bərdədəndi
axı.) Aramızda xeyli yaş fərqi olsa da (1957- cu ildəndi ), yaxın dostuq.
Münasibətimizdəki, ərkyanalıqdan,
səmimiyyətdən ev telefonumun nömrəsinin rəqəmləri
onun barmaqlarının
üzünə karvansara
qapısı kimi gecə-gündüz açıqdır.
Odur ki, zənginə xoşhal oldum. Hal-əhval tutduq.
Qayğılarının artdığından,
işinin ağır olub, adam
içinə çıxmağa
imkan vermədiyindən
(Metroda, tuneldə işləyir) danışdı.
Və hiss elədim ki, yenə darıxır,
yenə təkliyinin məngənəsində sıxılır,
yenə bütün günü
Şirin əzablardı gözümüzdəki.
Solğun bir ümiddən asılsam, şadam.
Qəmlər güzgülənən
səsimiz təki,
Könül saatına
qurulur adam.
Qayğıların müzakirəsindən sonra
ədəbi aləmə
qayıtdıq. (İkimizin
də gəmisi sahilə yan aldı. Sözün mustafası.) “Əlidən-Vəlidən” danışdıq, təzə
kitablardan, qəzetdəki
filan məqalədən
söhbətləşdik. (Sən demə,
qara qızın dərdi var imiş. Qadasını alım şairin,
bu boyda dünyada umduğu şeyə bax!)
Rizvan söhbəti
gözlədiyi məqama
gətirən kimi dedi:
– Qağa, təzə
bir-iki şey qaralamışam. İstəyirəm, onu oxuyum.
– Oxu, qadan alım, oxu təzələnək. – dedim.
(“Təzələnək” onun sözüdür.
Həmişə mənə deyir.
)
Oxudu, nə oxudu. Şeirin mövzusu
yenə qayğılı
ömrünü, həmişə
tənhalıqda yaşayan
sükut dolu bir adamdı və onun yeni
dünyadərkidir.
Hər şeyin
içini gördüm,
Taleyin küncünü gördüm.
Dərdlərin dincini gördüm
Bir az
yaxından baxanda.
Ümumiyyətlə Rizvan Nəsiboğlu maraqlı baxışlar dalınca gedən şairdi. Deməli, qismət adamı
o qədər qova bilər ki, adamın ağzı gedib taleyinin küncünə dirənər.
(Bəlkə bura hər şeyin
bitdiyi yerdir?!) Dərdə bax! O qədər böyükdür
ki, səni öz şıltaqlığıyla
əyləndirmir, başını
qatmır, oturur səninlə üzbəüz,
dinmir, danışmır,
sükutuyla, duğunluğuyla,
donuqluğuyla canını
boğazına yığır.
Bəlkə də bu hisləri
yaşamayan adama elə gələr ki, ümumiyyətlə dərdin dinci olmur. Amma həyatda hamı
ömrünü eyni yaşamır. Rizvanın artıq
ovcunun içindəki
qara qəpik kimi yaxından gördüyü dərdlərin
şəkli başqadır,
rəngi, xarakteri başqa. (Həm
də bu baxımdan Rizvanın bu şeiri maraqlıdır.)
Niyə uçur, bilmir quş da.
Döyüntü var qara daşda.
Ömür – “Əlvida!”, “Bağışla!”
Bir az
yaxından baxanda.
Bircə bu dörd misranın kələfinin ucundan tutub adam
boyda yumaq düzəltmək olar. Doğrudan, yeri gəlmişkən, görəsən, quş uçduğunu uçmaq
kimi bilir, yoxsa yerimək kimi, yoxsa bizim
heç təsəvvür
eləmədiyimiz başqa
bir ifadəsi var? Məncə, tamam başqa
cür. Çünki “uçmaq”, “yerimək” insan leksikonuna aiddir. (Yerin göründü, Süleyman
peyğəmbər. )
Bu danılmazdır
ki, bələdçi
olan zəmanə bizi arxasınca turist kimi gəzdirib
elə bir yerə gətirib çıxardıb ki, burda insanların ürəkləri nəyin
ki, bir-birinə yanmır, heç döyünmür də. Hətta bu
donuqluğun nisbətində
Musa Yaqubun bu dünyanın göyərməyən qara
daşı, Rizvanın
yaxından baxışları
altında döyünür.
(O bir söz var ey deyir,
dağ-daş dilə
gəldi, bu adam dinmədi.
Lap elə.) “Salam” qapısı
olmayan, yalnız “Əlvida” və “Bağışla” divarlarının
arasında var-gəl edən ömür də məhbusdur. (Elə buna görə
də öləndə
hamı halallıq istəyir, başqa heç nə. )
Küləyin qanadı sudur.
Bulud – yağış qoxusudur.
Gecə – ölüm
yuxusudur,
Bir az
yaxından baxanda.
Mən şeirləri bənd-bənd
izah eləmək fikrində deyiləm. (Həm də şeir üç deyil, altı bənddir.) Sadəcə Rizvan Nəsiboğlu
poeziyasındakı maraqlı
nüanslar, poetik yanaşmalar, dərdin başqa rəngi, tənhalığın sədaqəti,
sükutun həyasızlığı
xoşuma gəlir.
Onun hər şeiri ürəyi sınmış
bir adamdı. Əli uzanıqlı qalan, arzuları kəndiri kəsilmiş çərpələngə dönən,
sevinci ev
üzü görməyən
adam şeirləridir.
Düzü, Rizvan bu şeiri oxuduğu
vaxt onu qəribə bir obrazda təsəvvür elədim: İri yumru linzalı böyüdücünü gözünə
tutub baxan bioloq kimi. Amma görünür
hər şeyə yaxından baxmaq da ürək ağrıdır. Gözəlliyə də çox yaxından baxanda eyibləri görünür.
Bir də ki, çox
şeydən uzaq olmaq yaxşıdır.
Məmməd İsmayılın
bir şeiri var:
Uzaqdan uzağa
şirin olursan,
Yaxına gələndə yaxırsan
məni.
(Öz aramızdı
Məmməd İsmayıl
da zirvədir də) Amma inanmıram ki,
Rizvan tapdığı
böyüdücünü kamodun gözünə ata. Onun ruhu artıq
ütülüb. Ona görə
də şeirləri yanğılıdır, istidi,
sızıltılıdı. Hələ başqa bir şeirində də belə deyir.
İşığım indicə
sönüb,
Bəlkə bir şamın ola?
İçindən keçib
getməyə
Bir dərdsiz axşamın ola!
Doğrudan, da çox yaxşıdır. Rizvan hansı
axşam mənə zəng eləsə, özümü şamlı
bəxtəvər hesab
edirəm. (Bu dünya
da şamın ola, hələ yandırmağa da ürəyinin odu... ) Əgər bu “daşları
döyünən” dünyada
kiminsə içinə
bir kibrit qədər işıq salırsansa, papağını
bas gözünün üstünə,
ayağını da ayağının üstünə
aşır.
Rizvan telefonda
oxuduğu şeiri bitirən kimi dedi:
– Qağa, bilirsən
də mən yerin altında yaşayıram. Üstündə imkan yoxdur.
– (Tuneldə işləyir,
axı. ) – elə dedim,
bunu sənə oxuyum, sonra gedim
işə.
Xudahafizləşdik. Bilmirəm
niyə, amma səsindən hiss elədim
ki, həmin gün Rizvan Nəsiboğlu gecənin içindən bir az ruhu rahat, keyfi saz
keçəcək. Çünki şairlər şeir yazıb bitirəndə və onu kiməsə
oxuyanda dünyanın
dərdini, sərini topuqlarından da aşağıd hiss edirlər.
(Bu da bir
hikmətdir.)
Rizvan Nəsiboğlu da ki, yerin altından
göylərin dərinliyini
görən şairdir. Təsəvvür edirəm, o, həmin gün yerin altına cənnətə
qədəm qoyan mələk kimi girib. Mənimlə dərtlişdiyinə görə
yox ha, əstağfürullah,
yaxşı şeir yazdığına və bir də onu
yerin üstündə
oxumağa hələ
beş üç
adam qaldığına
görə. (Şair, sən nə bəxtəvərsən.
Ruhun var!)
Bilmirəm, telefon söhbətimizi tirajladığım üçün
Rizvan məndən inciyər ya, yox. Amma o gecəki Rizvan
Nəsiboğlunu yazmaq
istədim. (Onu sevincini həmişə
yerində tutmaq olmur axı.)
Vüsal
NURU
525-ci
qəzet.- 2010.- 18 dekabr.- S.29.