ORALARDA
KİMLƏR VAR: UİLYAM FOLKNER
TƏNTƏNƏ
VƏ MƏĞLUBİYYƏT-1
Yalnız dünyanın məşhur adamlarının
deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri
var. Və insanlar bu şakərlə də bəzən öz
ölümlərini yaxınlaşdırırlar.Dünyaca
ünlü Amerikan yazarı Folknerin
Atçılığa,Cıdıra vəya bir çox idman
növlərinə azarını bilənlər bilir.Və
Folknerin Ata olan ehtirsanı heç nə əvəz
eləməyib.Bu yazıda da onun Ata,At idmanına – yəni
cıdıra olan ehtirasından söhbət
açılır və böyük yazarın
ölümünə də səbəb onun ata olan ehtirası
olmuşdur.Vaxtilə belə bir yazını
hazırlamağı mənə məsləhət
görən ədəbiyyatımızın ən namuslu
yerlərindən birinə layiq tərcüməçi və
“ mən maarifçiyəm,bununla da fəxr edirəm “
deyən unudulmaz Natiq Səfərova həsr edirəm.
Cənublulara “Ustad Folkner”
həm də bir idmançı kimi tanışdır. Əslində
ilkin Folkneri onlar elə idmançı kimi —
cıdırçı və ovçu kimi tanımış,
sonra onun yazıçılığına bələd
olmuşlar. Folkner yazıçı kimi
Nobel mükafatını alandan sonra
məşhurlaşmış, ötən əsrin 40-cı
illərin sonundan tanınmışdır. Bəxti
belə gətirib: amerikanlar birdən ayılıblar ki,
bəs belə yazıçıları var. Bu
yazıçı Amerikanın yeni roman janrına
hərtərəfli və sərbəst təzə bir ruh
gətirmişdir (bu da mükafatdan gəlmədir).
Əvvəlcə mükafat
aldı, sonra onu oxumağa başladılar. Bütün
vəziyyəti başa düşmək üçün bir
də nəzərə almaq lazımdır ki, Folkner Nobel
mükafatını Heminqueydən əvvəl alıb.
Bu vaxta qədər kiçik dairədə “məşhur olan”
Folknerin “Ata Heminqueylə” müqayisə eləməyə
dəyərdimi!
Ancaq Folkner tezliklə bu
fərqi aradan qaldırdı və canlı əfsanəyə
çevrildi.
Heminqueyi “Ata” deyə
çağırırdılar, ona “qəhrəman”
deyirdilər. Folkner isə “Oksfordlu
məhbus” idi. Doğrudan da həmyerliləri deyirdi:
Folkner məhbus olaraq qaldı. Məlumdur ki,
qonşuluq eləmək çətin işdi. Hardasa, dünyanın o tərəfində ustad
Folkneri oxuyurdular, onu öz ürəklərinə yaxın
hesab eləyirdilər, ancaq burda Oksfordda o təzə deyildi,
onu çoxdan tanıyırdılar. Nə
yazıb o? Buyurun oxuyun, darvazasında belə
yazılıb: “Soxulmayın”.
Tolstoy deyərdi ki, Nataşa
öz əri Pyer Bezuxovun yazdıqlarını oxumadan bilirdi
ki, o nədən yazır, ona görə ki, ərinə
bələd idi. Folknerə yaxın adamlar onu hər
kəs özünün kimi qəbul eləyirdi. Çox vaxt onu daha həyati
görürdülər. Onu
ağıllı yazanlardan fərqləndirirdilər və
onlar Folkneri sadəcə şerif kimi qəbul
eləyirdilər.Oksfordlular bilirdilər ki, Folkner təkcə
cənubda doğulduğuna görə yox, həm də
xasiyyətinə və düşüncələrinə
görə cənublu idi. Ümumiyyətlə
cənublunu amerikanlılarla dəyişik salmaq olmaz.
Folkner yüzyaşlı öz zənci dayəsini
basdırıb,onun məzarı
başında nitq söyləyib və qəzetçilər
onun dilindən yazıblar: əgər şimallılar bir daha
cənubluların işinə qarışsalar o silaha əl
atacaq (bu sözlərə görə Folkner sonralar üzr
istəməli olur).
Bir sözlə
“Soxulmayın”, bu sözlər təkcə darvazaya
yazılmamışdı.
Folkner həqiqətən
idmançı idi və bu sözün lap qədim
mənasında, sadəcə olaraq “ovçu” deyildi.
Ovçuluq təkcə
tüfəng və itlə ölçülmür. Gərək
qəlbən ovçu olasan.
Çalalardı məskənim
Meşələrdi məskənim
Ay ovçuluq, ovçuluq
Ehtirasımsan mənim.
Əgər biz bunu ingilis dilinə tərcümə
etsək belə olar: Mənim ehtirasım- mənim
ehtirasımdı. “İdman” sözünün
ilk mənası — ovçuluq, arzulamaq, vaxtı
ürəyincə keçirmək deməkdir. Hələ qədimdə vəhşi heyvanları
təkcə ovlamaq xatirinə yox, yemək üçün
ovlayanda, deyərdilər ki, o ovçu deyil — ov tutandı.
Burda emosiya heç nəydi
(istədin-istəmədin gərək meşələri,
bataqlıqları dolaşmalıydın) əsas
məsələ o idi ki, vəhşi heyvan ovla. Beləliklə, təbiidir ki, Turgenevin “Ovçunun
xatirələri kitabı” ingilis dilinə
“İdmançının etüdü” adı altında tərcümə
olunub.
Uilyam Folkner hələ
pullaşmadan qabaq öz ata-babasının tələbi
ilə pambıq satar, aradabir, özünün dediyi kimi
Hollivud üçün “qanlı qondarmalar” yazardı. Bunu o
çörək xatirinə, varlanmaq xatirinə eləyirdi.
Ancaq o ata minəndə ürəkdən
minərdi, başqa sözlə desək idmançı kimi
minərdi.
O, bir yaşında ata minmişdi. Altmış
yaşında da o, atla maneələri
keçirdi.Dəmirçi söyləyir:
—Ustad Folkner atlarını
özü öyrədirdi. Başa
düşürsənmi? Özü
onları hazırlayırdı.
Və Folknerin tək-tək
kitabında atsız fəslə rast gəlmək olar.
Folknerin bütün yaradıcılığında bir
fikir var: “İnsan qalib gəlir.” O, sadəcə dözmür,
həm də qələbəsinə sevinərdi. Folknerdən
soruşanda ki, müasir dünyada atın nə kimi yeri var, o
cavab verib: “Yaşayacaq.Lap deyək ki, təsərrüfat
işlərində atsız da keçinmək
mümkündür. Ancaq nə qədər ki,
insan var, deməli at da olacaq. Bir vaxt gələcək
insanlar ev heyvanlarından aldıqları
ağartını süni yollarla alacaqlar və ev
heyvanlarının nəsli kəsiləcək. At
insanlara heç nə verməsə də onların
ürəyini isindirir, onların psixoloji və mənəvi
gərəyi olur. Deməli, at
dözər”.
“Onun atdan başı çıxmırdı...”
İndi təsəvvür edin ki, at haqqında belə
yazan yazıçı barədə deyirdilər:
—Nə deyirsiniz, o hara, at hara. Onun atdan
başı çıxmırdı.
Bunu deyən elə belə, adi adam
deyildi. Bunu deyən Amerikanın məşhur
idman jurnallarından birində atçılıq
şöbəsinin redaktoru idi.
At yarışlarında
həmin redaktor məhz redaktor olduğu üçün
ömrünü yaşamalı olurdu. Deyək ki, onun
özü də atçılıq
məsələlərindən bir o qədər baş
çıxarmırdı. Əgər
həqiqətən bu məsələyə dünyəvi
və əbədilik baxımından yanaşsaq. Ancaq deyək ki, o “başa düşməklə”
“başa düşməməyi” ayırd eləyə bilirdi.
Obyektivlik xatirinə deyək ki, həmin redaktor
Folknerə hörmət edirdi. Bunu onun
özünə demişdi. Onlar Kentukidə
keçirilən at yarışları barədə birgə
yazmışdılar və həmin redaktor imkan tapıb
Folknerə demişdi:
—Mister Folkner, mən sizə hörmət edirəm.
O qabaqcadan hazırlaşmış sözlərinə
bir neçə kəlmə də əlavə eləyir,
ancaq, hörmət barədə birinci deyir.
Mən bu redaktorla görüşmüşdüm. O, öz jurnalı üçün sovet ippodromu və at zavodları barədə reportaj yazırdı. Bir dəfə at haqqında söhbəti fırlayıb Folknerin üstünə gətirdim. O, “Mister Folkner, mən sizə hörmət edirəm” dediyi günləri məmnuniyyətlə xatırladı. Neçə dəfə at barədə söhbət salsam da o, fikrini dəyişmədi: —Yox, yox atdan onun başı çıxmırdı.
Əlbəttə onun əsası vardı. Uilyam Folknerin külliyyatını tərtib eləyənlər bilirdi bunu.
Əsrimizin əvvəllərində məşhur dəniz yazıçısı Cozef Konradın yanına gələn Malay adalarının mütəxəssisi, yazıçının bu adalar haqqında hekayələrini tərifləyib, sonra demişdir.
—Siz Malay haqqında heç
nə bilmirsiniz.
“Bu sözdən sonra, —Cozef Konrad özü yazır, —
biz diqqətlə bir-birimizə baxdıq və gülmək
bizi tutdu”.
Folkner Konraddan öyrənib. O, Konradın ideyasını inkişaf etdirib, bəzən yazı üslubuna və yazma yönümünə görə Konrada oxşayır. Əgər doğrudan bir nəfər ona desəydi ki, sənin atdan başın çıxmır, o çətin ki, öz müəlliminin yazı üslubunu götürərdi. Əlbəttə, məsələ onda deyil, adamlarda deyil, məqsəddədir. “Əgər yazıçı yaxşı başa düşürsə ki, necə yazır, onda...” bunu Heminquey ilkin şərt hesab eləyirdi. Folkner neçə-neçə müasirilə birgə bu şərti qəbul eləmişdi.
Uilyam Folkner idmanın
müxtəlif növlərinə əl atır. O, qayıqla da məşğul
olub. Ata və təyyarəyə onun
münasibəti adi əyləncədən fərqli ciddi
olmuşdur.
Qəribədir ki, hava və yerlə bağlı idman növləri ilə məşğul olmaq çox nadir hadisədir. Bunun kökü – tarixidir. Köhnə idman jurnallarında da bunlara rast gəlirik, ancaq qaçış və at yarışı barədə yazılır. Sonra futbol gəldi və nəhayət təyyarə.Krepşun qələbələri ilə yanaşı, tanınmış aviator Vedrinin (yazıçı-təyyarəçi Sent Ekzüperi ilk dəfə onunla birgə havaya qalxıb) qələbələri barədə xəbər verirdilər. Bu iki idman – köhnə və təzə idman növləri haqqında təkcə jurnallar yazmırdı. Axı ippodromlar ilkin adamlara məxsus olub. Odessada ippodromda belə bir xatirə lövhəsi var: “Buradan ilk peşəkar rus təyyarəçisi Mixail Yefimov uçmuşdur”. Həmin ippodromdan rus yazıçısı Kuprin və güləşçi İvan Zankin də uçmuşlar. Aleksandr Blok Kolonyan ippodromunda uçuşa baxmağa gəlmişdir.
Folkner doğulanda Cənubi Amerika hələ dünyadan xəbərsiz idi. Ələlxsus o adamlar ki, onlar keçmişdən dörd əlli yapışmışdılar. “Sartorik” romanında Folkner öz babasının atlı faytona təntənəylə mindiyini təsvir edir. Ancaq onun nəvəsi yerli adamların heyrətlə dolu gözləri qarşısında avtomobildə gəzir. Hər şey çox qəmgin bitir: qoca Sartoris öz köhnə faytonundan əl çəkib avtomobilə minir və maşındaca ürəyi partlayır. Ancaq Folkneri nə avtomobil, nə də qatar cəlb eləyib. Bunlar o vaxtın “əfsanələri” idi. O, zaman bu altıncı okeanın şturmanlarından birindən soruşanda ki, bu uçan aparata onun hansı qeydləri var, demişdir. “Bir az yüngül olsun”. Niyə? Ona görə ki, yerə enəndə məni öldürməsin. Beləydi o yaxın və həm də uzaq əfsanələr, onda ki, göz-gözə idilər təbiətlə, əl-ələ idilər zəmanə ilə.
Velosiped emalatxanasının sahibi olan Oqayolu Rayt qardaşlarının hava maşını 1904-cü ildə torpaqdan ayrıldı. Aviasiya sözü 1909-cu ildə meydana gəlib. XX əsrdə vaxt tez ötür, elə həmin 1909-cu ildə on doqquz yaşlı Folkner qardaşı ilə birgə təyyarə düzəldir.
—Nə dediniz? – deyə xanım Folkner bunu eşidəndə soruşur.
—Təyyarə — deyə Uilli eyni həyəcanla cavab verir, bunu biz onun şəkillərində də görə bilərdik və kitablarından bu formulanı oxuya bilərik: “Hərdən bir taleyi də ələ salmaq lazımdır”.Folkner belə düşünürmüş. Onlar öz təyyarələrini gənclər jurnalında çap olunan çertyoj əsasında kağız və budaqlardan düzəltmişdilər. Folkner sınağı öz boynuna götürür. Və tez də qumdan düzəldilmiş xəndəyə düşür.
Folknerin bioqrafı yazır: təyyarə burnu üstə xəndəyə soxuldu.Buna nə ad vermək olar: uçuş yoxsa enmək. Bu suallar Folknerin özü üçün maraqlı olmasa da, illər keçdikcə ədəbiyyata yol tapır.
Uğur, yoxsa müvəffəqiyyət.
Onu az oxuyurdular. O, taleyinə gülüb deyirdi ki, onu oxudular-oxumadılar fərqi yoxdur. Onun yaradıcılığı ətrafında ziddiyyətlər yaranmışdı. O, bütün bunları guya eyninə almırdı, ancaq əslində isə belə deyildi. O, taleyə gülürdü, ancaq fikirləşirdi ki, görəsən tale onu lağa qoyurmu, tale ona gülürmü?
Görün vəziyyət necəydi: əlində hər şey vardı, yanında sevdiyi qız, təyyarəçilik səriştəsi, hələ üstəlik də hərbi təyyarəçilər üçün səriştə, ancaq o uçmurdu.
—O, özünə güvənirdi, — deyə Folknerin uçmamağının səbəblərini istədiyi qız yozurdu.
...Təcrübəli ədəbiyyatçı və redaktorlarla anlaşma çətin idi. Ən çətin günlərdə,Folknerin əsərlərinin heç kəs gözləmədiyi bir vaxtda həmin redaktor onun bir cildliyini çap edir və üstəlik də həmin kitaba özü ön söz və izahat yazır. Təbiidir ki, o Folknerdən təyyarəçi və hərbi döyüşlərdə olan bir adam kimi yazır. Yazıçı bunların ixtisar olunmasını xahiş edir, deyir ki, təkcə yazsın ki, “aviasiyada” xidmət eləyib.
Redaktor təəccüblənir. “Bu cürə faktı gizlətmək olar? Qəhrəman yazıçı!”
“Heç bir qəhrəmanlıq zad yoxdur” — deyə Folkner qeyd edir və nə olubsa da onu da demir.
(Davam
edəcək)
Tofiq
ABDİN,
525-ci
qəzet.- 2010.- 18 dekabr.- S.27.