Silinməz izlər

 

İsa Məsihdən soruşdular, göylərin bağlı qapısının açarı varmı? Var, – dedi, – o açar Səmimiyyətdir.

Əzizim Kamal! Yadıma 25 il öncəki Kamal düşdü. Şüvəlan yaradıcılıq evində bir çox respublikalardan gəlmiş yazıçı şairlərin forumu keçirilirdi. Mart ayı idi, Novruza az qalırdı. Od çərşənbəsi günüydü. İri ocaq çatmışdıq, alovun içində adam itərdi. Həmin tonqalın üstündən bir-bir atılırdıq. Növbə sənə çatanda alov çox güclənmişdi. Tonqala sarı yüyürəndə ayağın nəyəsə ilişdi, atılmağına atıldın, amma tonqalın içinə. Elə bil dünən idi. Mənə elə gəldi ki, sən alovdan doğuldun. sənin oddan doğulduğuna bu gün inanıram. Belə olmasaydı illər boyu dostlar arasında buz bağlamış soyuqluğu əridə bilməzdin, soyuq münasibətlərə istilik gətirməzdin...

Yadıma ZağulbadakıGənclikdüşərgəsindəXəzərjurnalınınXəzərforumlarındakı çıxışların düşdü. Bir çıxışınsa heç yadımdan çıxmaz, Qarabağ hadisələri yenicə alovlanırdı. Bir çox respublikalardan tanınmış qələm adamları da dəvətlilər sırasındaydı. Zal ağzınacan doluydu, çoxu da xalq hərəkatının öncülləri. Rəhmətlik Aydın Məmmədov uzun bir nitq söyləyəndən sonra, söz sənə verildi. Mühakimələrlə dolu parlaq bir nitq söylədin bütün zaldakılar dayanmadan səni alqışladı.

Moskvada, “Ulduzjurnalının keçirdiyi yaradıcılıq günləri yadındamı? SDL- parlaq nitq söylədin, rəhmətlik Yusif Səmədoğlu uşaq kimi sevinirdi çıxışına, hamıya ləzzət eləmişdi. Həm rusca çox gözəl danışırdın, səlis, təmiz...

Bakı tozlu şəhərdi. Bəzən toz-torpaq o həddə çatır ki, adam bir yağış arzusunda olur. Yağışdan sonra toz-torpaq yatır, təmiz hava adamın ciyərlərini dincəldir. Sən dostlar arasında hansısa küləyin gətirdiyi tozanağı o vaxtlar da, indi yağış kimi yuyursan gəlişinlə, qəfil peyda olmağınla aramızdakı tozlu hava durulur, təmiz ab-hava yaranır...

Bir gün Moskvada, o qərib şəhərdə, “Rossiyamehmanxanasında qəfil gəlişinlə hamımızın arasına girmiş soyuqluğu, dumanı öz doğmalığın, səmimiyyətin, gülər üzünlə əridib yox elədin, heç yadımdan çıxmır...

1989-cu ildə, mitinqlərin gur vaxtı Mərkəzi Komitədən çıxıb dərdləşə-dərdləşə o vaxtkı “26”lar bağına gəldik. Yol boyu hadisələrlə bağlı xeyli mübahisəmiz oldu. Bizlər çox radikal idik, sənsə praqmatik...

Bircə cümləylə ifadə edəcəm. Yeganə adam oldun ki, proqnozların tam şəkildə özünü doğrultdu. Bilirsən ki, aşağıdan yuxarı hamıyla isti münasibətlərim varıydı, hərəkatın öncüllərindən tutmuş Vəzirova qədər. Heç biri sənin qədər hadisələrin ilə nəticələnəcəyini tam aydın şəkildə proqnozlaşdıra bilməzdi.

Dostların, övladlarına qarşı sənin dost, qardaş qayğılarını kimsə dana, unuda bilməz.

Həyatımın ən dəhşətli, faciəli günlərində həmişə yanımda olmusan, isti nəfəsini, qayğını duymuşam. Sənə minnətdaram Kamal!

Ən cavan yaşlarından bu günəcən bütün kürsülərdə, harada, hansı ölkədə olmağından asılı olmayaraq xalqımızı layiqincə təmsil etmisən. Yaradıcılığın haqda bir kəlmə söz açmadımkifayət qədər yazılıb. Sadəcə dost kimi ürəyimdən gələn hissləri, bir-iki (yüzlərcənin içindən) xatirəni yada saldım.

Zakir Fəxri dünyasında işıqlı bir Kamal Abdulla varsədaqət rəmzi, çətin anlarda bel bağladığım Kamal Abdulla işığı!

60 sənin yaşın deyiladdım-addım gəldiyin günlərin sayıdır. Sənin yaşının müddəti, çərçivəsi yoxdu, Kamal!

İşığın yaşını bilən varmı ki?

 

Zakir FƏXRİ