Qəbələdə I Beynəlxalq Rəsm Sərgisi açılıb

 

Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkil etdiyi Qəbələ I Beynəlxalq Rəsm Sərgisinin açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəkiQafqaz Riversideotelində keçirilən mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, SEBA-nın sədri Ruhangiz Heydərova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Mədəniyyət Turizm Nazirliyinin aparat rəhbəri Firidun Qurbanov, Koreyanın Azərbaycandakı səfiri Li Çi-Han çıxış edərək, sərginin əhəmiyyətindən danışıblar. Natiqlər bu sərginin Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən mədəniyyətimizin genişmiqyaslı təbliği ilə bağlı görülən işlərin davamı olduğunu bildiriblər. Çıxışlarda bu beynəlxalq sərginin mədəniyyətlərarası dialoqun tərkib hissəsi olduğu qeyd olunub, tədbirin ənənəvi olaraq keçirilməsi arzulanıb. Mərasimdə Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMF) prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub. İki gün davam edəcək sərgidə 14 ölkədənAzərbaycan, Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya, Latviya, Polşa Rusiyadan 81 rəssamın 150-dən çox əsəri nümayiş olunur.

 

525-ci qəzet.- 2010.- 21 dekabr.- S.7.