IV Beynəlxalq Mstislav Rostropoviç festivalı
yekunlaşıb
Bakıda keçirilən IV Beynəlxalq
Mstislav Rostropoviç
festivalı Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə başa çatıb. Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən
festivalın son günündə
tamaşaçılar İsrail
Filarmonik Orkestrinin ifasında maraqlı əsərlər dinləyiblər.
Orkestrin bədii rəhbəri və dirijoru Zubin Meta, solisti isə Pudolf Bukbinder (fortepiano) olub.Dinləyiciləri salamlayan
Zubin Meta son illər Bakıda aparılan böyük abadlıq və quruculuq işlərini ölkəmizin
inkişafında əhəmiyyətli
olduğunu dilə gətirib: “Mstislav Rostropoviçlə uzun illər dostluq etmişəm və ondan çox şey öyrənmişəm.
O tez-tez mənə doğma vətəni Azərbaycana gəlməyi
məsləhət görürdü.
Çox
sevinirəm ki, bu gün onun
adını daşıyan
belə möhtəşəm
bir festivalda iştirak etməklə yanaşı, həm də çıxış
edirəm. Mən Bakıda
olmağımdan qürur
duyuram. Burada sənətə və sənətkara göstərilən böyük
hörmətin şahidi
oldum. Azərbaycan xalqının musiqiyə
olan sevgisi məni valeh etdi. Bu xalqın
olduqca gözəl və zəngin mətbəxi də məni heyrətləndirdi”.
Konsertdə xarici ölkə
bəstəkarlarının əsərləri ifa olunub. Sarayın foyesində M.Rostropoviçin
həyat və yaradıcılığını əks etdirən sərgi təşkil edilib.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 21 dekabr.- S.7.