Əmir Pəhləvanın romanı Almaniyada işıq üzü görüb

 

Tanınmış azərbaycanlı yazıçı-dramaturq, kinorejissor Əmir Pəhləvanın sayca altıncı kitabı Almaniyada nəşr olunub. Vesti.az saytına bu barədə məlumat verən yazıçının sözlərinə görə, Ayrılıqromanı onunQafqazda qardaş çağırışıəsərlər silsiləsinin davamı kimi, ingilis dilində çap olunub. Ə.Pəhləvan qeyd edib ki, bu kitabda son 25 ilin Ümumqafqaz faciələrindən, qanlı oyunun təşkilatçıları ideoloqlarından, həmçinin bu oyunun məcburi iştirakçılarından bəhs edilir. Yazıçı eyni zamanda, romanın kuliminasiya nöqtəsini BP şirkətinin Böyük Britaniyadakı ofisinin yaxınlığında azərbaycanlı İsa ilə erməni Bandianinin dialoqunun təşkil etdiyini xüsusi vurğulayıb. Bu görüşdən sonra İsa Bandiani, Qafqaz ənənələrinə uyğun olaraq, ingilis rezidenti Mişelə qarşı birgə mübarizə aparmaq yolunda duz-çörəyə and içirlər. Romanda bu suallara cavab verilir: İsanı Bandianini vətəndən uzaq düşməyə məcbur etdi? Kimdir günahkar? Avropa, yoxsa qonşu Rusiya ya İran? Yazıçının bildirdiyinə görə, romandakı hadisələr gərgin, dramatik detektiv axında cərəyan edir. Müəlliflik hüququ satış hüququ alman nəşriyyatına məxsus olduğuna görə, roman hələlik yazıçının www.amirpahlavan.com. ünvanlı saytında yerləşdirilməyib. Yaxın gələcəkdə romanın Azərbaycan dilində nəşri gözlənilir.

 

Fərid TEYMURXANLI

525-ci qəzet.- 2010.- 22 dekabr.- S.7.