Gənc Tamaşaçılar TeatrındaTeatr, təhsil mənəviyyatımızmövzulu tədbir keçirilib

 

 Teatrı Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə layihə əsasındaTeatr, təhsil mənəviyyatımızmövzusunda tədbir gerçəkləşdirib. Tədbiri teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının zəngin tarixindən, özünəməxsus ənənələrindən, maraqlı yaradıcılıq yolundan, teatr sənətinə imzalarını atmış neçə-neçə aktyor nəslinin yetişməsində bu teatrın rolundan danışdı. Mübariz Həmidov gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünya görüşünün formalaşmasında Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, bədii anlamının inkişafında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əvəzsiz olduğunu bildirib. Tədbirdə çıxış edən teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi tərbiyəvi əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Baş rejissorun sözlərinə görə, böyük ənənələrə malik bu teatr bütün zamanlarda tərbiyəedici mövqe tutub, repertuar oynanılan əsərlərin əsasında gənclərin tərbiyə edilməsi məsələsi hər zaman aktualdır. Bu gün teatr Azərbaycan dünya klassiklərinin əsərlərini tamaşaya qoyur gənc nəslin mənəvi-estetik tərbiyəsinə müsbət təsirini göstərməkdədir. Daha sonra Azərbaycan İctimai-Siyasi Universitetin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev çıxış edərək teatrın gənclərin təlim-tərbiyəsində əhəmiyyətindən, gənclərə teatr sevgisinin aşılanması sahəsində görülən təqdirəlayiq işlərindən danışıb. Rasim Nəbiyev məhz belə mədəniyyət ocağında müntəzəm olaraq birgə layihələrin keçirilməsini tövsiyə edib. Tədbirdə Universitetin jurnalistika fakültəsinin IV kurs tələbəsi Xanımgül Cəfərova çıxış edərək gənc nəslin nümayəndəsi kimi teatrın rəhbərliyinə, universitetin rektor müəllim heyətinə onlara göstərdikləri hərtərəfli diqqət qayğıya görə dərin minnətdarlığını bildirib. Azərbaycan İctimai-Siyasi Universitetin rektoru, iqtisad elmləri doktoru, professor Rasim NəbiyevəAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliğində, kollektivə göstərdiyi diqqət qayğıya görəteatrın Fəxri Diplomu təqdim olunub. Sonra universitetin müəllim tələbə heyətinə Nobel Mükafatı laureatı K.HamsununViktoriyatamaşası göstərilib. Tamaşa böyük maraqla qarşılanıb.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 23 dekabr.- S.7.