Türkiyə, Avropa Birliyi müsəlman dünyasının intibahı

 

Dünyada Türkiyə qədər ictimai- siyasi arenasında qızğın canlı proseslər gedən, antoqonist qüvvələrin daim mübarizədə olduğu çox az ölkə göstərmək olar. Deyəsən, beynəlxalq kuluarlardakı dərin proseslərin gedişatına hökm etmək, dəyişən dünyanın yeni nizamını bərqərar etmək istəyən qlobal aktyorların da toqquşan maraqlarının mərkəzində Türkiyə dayanmaqdadır. Çünki bu ölkə cahanın üç qitəsinə yön verə biləcək tarixi milli-ideoloji potensiala, ən önəmlisi geostratejik imkanlara malikdir. Bu mənada Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi həm dünyanın siyasi arenasında yeni dəngələrin meydana gəlməsi deməkdir. Bu gün Avropa əslində dilemma qarşısındadır. Ya Türkiyəni üzvlüyə qəbul etməməklə Avropa İttifaqının bir xristian kulubu olması haqdakı iddiaları haqlı çıxaracaq, ya da bu ölkəni sıralarına qatmaqla, Türkiyənin qərblə şərq arasında strateji körpü mövqeyine yüksəlməsiylə razılaşacaq. Türkiyənin Avropa İttifaqına yaxın buraxılmaması ehtimalı eyni zamanda Hanqtintonun mədəniyyətlər dinlər arasındakı mübarizələrin yenidən qızışacağı barədəki proqnozunu da doğru çıxaracaq. Anadolu türkləri çox da uzaq olmayan bir tarixdə, bir əşirətdən 600 ilə yaxın dünyada hakim olan bir imperiya çıxarmış, Fateh Soltan Məhmət isə hələ 25 yaşında dərin zəkası, inancı qətiyyətiylə xristian dünyasının dini, siyasi ideoloji mərkəzi olan Konstantinapolu fəth edə bilmişdi. Osmanlılarınilahi kəlimətullah davasıadlanan əqidəsinin təməlində türk-İslam əxlaqını yer üzünə yaymaq vardı. Onlar Allahın dinini yaymaq, dünyanın pozulan nizamına İslamın ədalətini gətirmək üçün Viyana qapılarına qədər gedib çıxdılar. İndi Avropadakı əksər müsəlman olan millətlər Osmanlı dönəmində İslamiyyəti qəbul etdilər. Fransada açılan bir diskotekanı insanların əxlaqını pozacaq deyə oraya göndərilən bir fərmanla Osmanlı soltanının bağlatdırması faktı bu gün İslam dünyasının içinə düşmüş olduğu bu acınacaqlı durumda müsəlmanlar üçün ibrətvericidir. Bəli, indi uzun illərdi Türkiyəni qapısında gözlədən Avropa Birliyi bu tarixi yaxşı xatırlamaqdadır. Türkiyənin Avropa Birliyi üzvlüyünə ən çox qarşı çıxan Sarkozi bilməmiş deyil ki , Fransanın Almaniyaya hücumları zamanı bu ölkə Osmanlıya hərbi yardım üçün müraciət etdiyində Osmanlı öz əsgərlərinin mündirlərini Almaniyaya göndərərəkBunları əsgərlərinizə geydirin sərhədlərə göndərin. Fransızlar onları bizim əsgərlər zənn edib bir daha sizə hücum etməzlərdemişdi. belə olmuşdu. Avropanı idarə edənlər bilməmiş deyil ki, Osmanılar hökm etdikləri yerlərdə bənzərsiz bir tolerantlıq nümunəsi sərgiləyərək qeyri-müsəlman xalqların dilinə, dininə toxunmadılar. Onları qoruma altına aldılar. Kimsəni əzmədilər. Türk-İslam əqidəsinin ədalətli, insancıl üzünü insanlara göstərdilər. Osmanlının tabeçiliyi altındakı yerlərdə bu qədər qan, göz yaşı, terror s. varmıydı? Avropa bilməlidir ki, dünyanın ən mürəkkəb çoxmiillətli bölgələrindən biri olan Yaxın Şərqdə yaşayan xalqlar da bu gün Osmanlının ədalətinin idarəçiliyinin xiffətini çəkməkdədir. Türkiyə baş naziri Davosta İsrail prezidentini susdurmağa çalışanda Ərəb küçələrinipadişah Ərdoğan” ,“kişi burdadı, bəs Ərəb kişiləri hardadıkimi bilbordlar bəzəmişti. Malayziya baş nazirinin Türkiyəyə xitabənbiz Osmanlının xiffətini çəkirikdeməsinə, başqa müsəlman ölkələrindən yüksələn buna bənzər çıxışlara Avropa diqqət etməlidir. Müsəlmanlar dünyadakı ikili standartlara, əzilmişliyə etiraz olaraq Türkiyənin liderliyində yenidən böyük bir güc mərkəzi qurmanın arzusundadır. Türkiyənin Qafqaz Asiyayla da tarixdən gələn, dini-milli etnik bağları vardır. Azərbaycan başda olmaqla Türk Cümhuriyyətləri artıq ciddi iqtisadi stratejik imkanlarıyla beynəlxalq arenada regionda söz sahibinə çevrilməkdədirlər. Adı çəkilən geniş bölgələrə dini-mədəni tarixi baxımdan təsir imkanı olan dünyada ikinci belə bir ölkə yoxdur. Məhz buna görə Türkiyədə neçə illərdi ictimai-siyasi çalxantılar səngimək bilmir. Türkiyə bu avantajlarından yola çıxaraq yeni bir güc mərkəzi halına gəlməyə çalışmaqda, dünyanın dərin güc mərkəzlərinin kəşfiyat qrupları, iqtisadi uzantıları isə Türkiyənin potensial daxili güc mərkəzlərində daha təsirli bir mövqə əldə etmək üçün mübarizələrini sürdürməkdədir. Təsadüfi deyil ki, Türkiyənin məhz bu istiqamətdəki çalışmalarının sürətləndiyi bir vaxtda terror, etnik zəmində bölünmə təhlükəsi bu ölkəni daha ciddi bir şəkildə təhdid etməkdədir. Türkiyənin daxili siyasətdə buraxmış olduğu bəzi səhvlərdən ustalıqla yararlanan beynəlxalq güclər, bölgədə yeni bir kürd dövləti qurmaq projesi altında həm İsrailin təhlükəsizliyini daha da gücləndirməyi planlamaqla, həm Tükiyədə min illərdir davam edən qardaşlıq iqlimini pozmaq yoluyla bu ölkəyə öz şərtlərini diqtə etməyə çalışmaqdadır. Artıq kürd ziyalıları da kürdləri İslam dünyasının ümidlərinə balta vuran bu təhlükəli oyunda yer almamağa çağırmaqdadır. “WikiLeakshadisəsindən sonra daha da şəffaflaşan dünya siyasətində Anadolu türklərinin deyimiylə cidanı çuvalda gizləmək mümkün deyil. Bu terror məsələsinin gizli ya açıq xristian təəssübkeşliyi ikili standartlarla qarşılaşan Türkiyənin, İslam dünyasının önünü kəsmək niyyətlərinə xidmət etdiyi aşkardır. İndi Amerika, Avropa İsrailin əsas gündəmində İran yer alsa da yenə əsas təziqlər Türkiyəyə edilməkdə, oyunlar Türkiyə üstündə oynanmaqdadır. Çünki Türkiyə İslam ölkələrini öz ətrafında cəmləşdirərək İrana qarşı hərbi müdaxiləyə sanksiyalara qarşı çıxmaqdadır. Çünki, Türkiyə İrandan sonra sıranın ona gələcəyini, ölkə ətrafındakı qısqacın daralacağını yaxşı anlamaqda, İranın ona rəqib olmasına baxmayaraq indi onu daha güclü ortaq düşmənə qarşı qorumağın lazım olduğunu anlamaqdadır. Türkiyə bu addımlarıyla eyni zamanda onu üzv qəbul etməyən Avropa Birliyinə, bu birliyə alternativin mövcud olduğu mesajını veməkdədir. Avropanın xristian kulubu olmaqdan yaxa qurtara bilməməsi halında dünyanın dini zəmində qütbləşməsi qaçılmaz olacaq. Avropa Birliyi çətin seçim qarşısındadır. Almaniydan sonra ən çox üstəlik ən gənc əhalisi olan, dünyanın qüdrətli ordularından birinə dinamik inkişaf edən iqtisadiyyatına sahib bu ölkənin birliyə üzv qəbul edilməsiylə dünyanın söz sahiblərindən birisinə çevriləcəyi Avropanı narahat etməkdədir. Hələ üstəlik bütün İslam dünyasının Türkiyə vasitəsiylə Avropaya sərbəst çıxış əldə edə bilməsi Birlik ölkələrini ürkütməkdədir. Türkiyənin Avropa Birliyindən kənarda qalması da dünyanın güc mərkəzləri üçün təhlükəli gələcək vəd etməkdədir. İslam dünyası artıq oynanan oyunlardan qafil, cəhalət içindəki o köhnə İslam dünyası deyil. Müxtəlif mərkəzlərin açıqladığı statistik rəqəmlərə görə Avropa məkanında ən sürətlə yayılan din İslam dinidir. Deyəsən həqiqətən müsəlmanlar intibah dövrünə qədəm qoymaqdadırlar. Əfqanıstandan İraqa bütün müsəlman ölkələrində edilən zülmlər işğallar müsəlmanları oyatmaqdadır. İndi müxtəlif bəlalar,qarşıdurmalar ədalətsizliklər məngənəsində inləyən dünyanın da belə bir intibahla gələcək şüur, əxlaq inanca ehtiyacı var.

 

Telman NÜSRƏTOĞLU

525-ci qəzet.- 2010.- 23 dekabr.- S.2.